Türkiyə, İran və Qətər nəqliyyat müqaviləsi imzaladı

Rusiyanın “Sputnik”, ABŞ-ın “Türkish American” xəbər internet saytları Türkiyə haqqında nə yazır? Xarici mətbuat 27.11.2017

856054
Türkiyə, İran və Qətər nəqliyyat müqaviləsi imzaladı

Rusiya, “Sputnik” internet saytı: "Ərdoğan Bolqaristan Baş naziri və Qətər Əmiri ilə telefonda danışıb".

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan telefonda Qətərin Əmiri Şeyx Təmin Hamed Sani və Bolqarıstanın Baş naziri Boyko Borisovla telefonda danışıb. B.Borisovla danışığında ikitərəfli əlaqələrlə yanaşı Bolqarıstanın Avropa İttifaqına dövrü sədrliyi və Türkiyənin Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi məsələləri müzakirə olunub. İki lider Ballatdakı Dəmir Kilsənin 2018-ci ilin 7 yanvar tarixində təkrar istifadəyə verilməsi münasibətilə keçiriləcək mərasimdə birlikdə iştirak edəcəklərini də qeyd ediblər. Qətər Əmiri ilə söhbətdə isə ikitərəfli məsələlərlə yanaşı Soçi fonunda Suriyadakı proseslər başda olmaqla regional məsələlər müzakirə olunub.

  ABŞ, “Türkish American” veb saytı: "Gözləntimiz ABŞ-ın YPG ilə tərəfdaşlığının təcili sona çatdırmasıdır".

  Türkiyənin Baş naziri Binəli Yıldırım Londona hərəkətdən əvvəl keçirdiyi mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə silah verilməyəcəyi sözünə münasibət bildirib: "Onsuz ta əvvəldən biz orada DAEŞ terror təşkilatıyla mübarizə adı altında PKK-nın qardaşı və əmioğluları olan PYD və YPG-nin “mübarizə”sinin doğru seçim olmadığını həmişə demişdik. Dostumuz və müttəfiqimiz ABŞ hər dəfə bizə bunun bir seçim deyil, məcburiyyət olduğunu dedilər. İndi artıq DAEŞ də yoxdur, demək, o məcburiyyət də ortadan qalxıb. Gözləyirik ki, tezliklə bu tərəfdaşlığa son qoyulsun və həqiqət tərəfdaşlarına, müttəfiqlərinə dönsünlər".

  ABŞ, “Turkish American” veb saytı: "PKK, PYD, YPG-yə qarşı bütün tədbirləri tərəddüdsüz görməyə davam edəcəyik".

  Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli Səudiyyə Ərəbistanının paytaxtında keçirilən Terrorizmlə Mübarizədə İslam Hərbi Koalisiya Müdafiə Nazirləri Toplantısında etdiyi çıxışında deyib: "Biz hər hansı bir terror təhdidilə əsla geri çəkilməyəcəyik və PKK, PYD və YPG-yə qarşı lazımi bütün tədbirləri tərəddüdsüz görməyə davam edəcəyik. Bu mübarizəmizdə bütün dostlarımızdan dəstək gözləyirik".

  Rusiya, “Sputnik” internet saytı: "Türkiyə, İran və Qətərdən nəqliyyat müqaviləsi".

  Türkiyə, İran və Qətər arasında ticarət mallarının nəqliyyat və tranzit keçidini asanlaşdıran saziş Türkiyə İqtisadiyyat naziri Nihat Zeybekci, İran Mədən, Sənaye və Ticarət naziri Məhəmməd Şəriatmədari və Qətər İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd Casim Məhəmməd Sani tərəfindən imzalanıb. İranın paytaxtı Tehranda Türkiyə, İran və Qətər tərəfindən imzalanan bu müqavilə dəniz və quru nəqliyyatında üç ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə zəmin yaradacağı bildirilib.



Әlaqәli Xәbәrlәr