Xarici mәtbuat

Gündəm xarici media vasitələrində:

833971
Xarici mәtbuat

ABŞ, Associated Press: Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Suriyanın İdlib şәhәrindәki әmәliyyatların böyük ölçüdә tamamlandığını deyib. Mәclisdәki iqtidar partiyasının millәt vәkillәrinә xitab edәn Rәcәb Tayyib Әrdoğan: ‘‘Qarşımızda Afrin mәsәlәsi var. Daha әvvәl dediyimiz kimi qәflәtәn gәlә bilәrik, bir gecә qәflәtәn vura bilәrik’’ deyә vurğulayıb.

Yunanıstan, Eleftheros Tipos qәzeti:  Yunanıstanın xarici işlәr naziri Nikos Kosias bazar ertәsi günü Türkiyәyә sәfәr edib. Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlunun dәvәti ilә Türkiyәyә sәfәr edәn N.Kosias Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan tәrәfindәn qәbul edilib.

İran, Parstoday: Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Qәtәrin XİN rәhbәri Şeyx Mәhәmmәd Bin Abdürrәhman Әl Sanini Ptezident İqamәtgahında qәbul edib. Mövlud Çavuşoğlunun da iştirak etdiyi görüşdә ikitәrәfli münasibәtlәr müzakirә olunub. Bu arada Türkiyə və Qətər arasında nazirlər səviyyəsində strateji ali komitəsinin iclasını da keçiriblər. İclasda Qətər nümayəndə heyətinə bu ölkәnin XİN rәhbәri, Türkiyə nümayəndə heyətinə də Mövlud Çavuşoğlu sədrlik ediblәr.



Әlaqәli Xәbәrlәr