Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

819061
Xarici mətbuat

İran, “İRNA”: "Ruhani: İran və Türkiyə bölgədə sabitliyin dayağıdır"

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ilə görüş keçirən İran prezidenti Həsən Ruhani bölgədə iki dost və qardaş ölkə olaraq İran ilə Türkiyə arasında inkişaf etməkdə olan əlaqələrə toxunaraq: "Bu gün iki ölkənin siyasi, iqtisadi və beynəlxalq əlaqələri çox yaxşı səviyyədədir. Bərabər şəkildə ikitərəfli müdafiə və hərbi iş birliyini inkişaf etdirməyə çalışmalıyıq" dedi. Baş Qərargah rəisi Akar da görüşdə: "Bölgədə iki əhəmiyyətli güc olan İran və Türkiyə əlaqələri və iş birliyini inkişaf etdirərək, bölgədə sabitlik və əmin-amanlığın təmin edilməsində təsirli bir rol oynaya bilər, terror və sabitsizliklə mübarizə istiqamətində dost ölkələr və xüsusilə də İran ilə iş birliyini inkişaf etdirməyə iki ölkə də hazırdır" -deyə dilə gətirdi.

Almaniya, “Die Welt”: "Avropa İttifaqı naziri Ömər Çelik: Almaniya demokratiyası bizə təşəkkür borcludur"

Avropa İttifaqı (Aİ) naziri Ömər Çelik Madridə səfərində Türkiyədə üç milyon qaçqın olduğunu söylədi. Çelik: "Aİ ilə əməkdaşlıq etməsəydik bu üç milyon qaçqın bu gün Avropada olardı. Almaniya demokratiyası bizə təşəkkür borçludur. Çünki əks təqdirdə həddindən artıq sağ və sol meyillilərin seçkilərdə daha çox səs nisbəti olardı” "deyə bildirdi. Çelik Aİ-ni 2016-ci ilin yazında imzalanan qaçqın razılaşmasının şərtlərini yerinə yetirməməkdə günahlandırdı. Çelik tərəfindən verilən məlumata görə, qərarlaşdırılan 3 milyard avrodan  810 milyonu verildi. Bu səbəbdən 500 milyona yaxın qaçqın uşaq təhsil ala bilmədi.

İtaliya, “ANSAmed”: Türkiyə... Bir həftədə terrora görə 1200 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, keçən həftə 1202 nəfər saxlanıldı. Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ / PDY) 15 iyul 2016-cı il tarixindəki uğursuz çevriliş cəhdindən bəridir nəzarətə alınanların böyük qismi yenə FETÖ ilə əlaqəsi olan şəxslərdir. Ayrıca terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatlarda 133 nəfər yaxalanarkən, təşkilata üzv 68 terrorçudan 49-nun zərərsizləşdirildiyi açıqlandı. Terror təşkilatı DEAŞ ilə əlaqəli olan 45 və qeyri-qanuni sol qruplara üzv olan 26 şübhəli də saxlanıldı.

Çin, “Zhongguo Waijiaobu”: Çinin Türkiyədəki səfirliyində 68. quruluş il dönümü münasibəti ilə ziyafət verildi

Paytaxt Ankarada səfir Yü Hongyang və Cao Meymey Çinin 68. quruluş il dönümünü qeyd etmək məqsədiylə bir qəbul təşkil etdi. Səfir Hongyang çıxışında Çinli və Türk liderlərin ikitərəfli əlaqələri hər zaman strateji və qlobal səviyyədə araşdırdığını, bu sayədə Çin-Türkiyə əlaqələrinin inkişaf etdiyini vurğuladı. Ziyafətdə iştirak edən Milli Təhsil naziri İsmət Yılmaz isə, "Çin ilə Türkiyə arasındakı dostluq, İpək Yolu sayəsində uzun bir tarixə malikdir. Türk Hava Yolları (THY) Pekin, Şanxay, Guangco və Hong Konga birbaşa səfərlər təşkil edir, Çinli turistlərə elektron viza xidməti verilir, 2018-ci ilin Çində "Türkiyə Turizm ili" olaraq qeyd olunması da böyük ümid vəd edir. Türkiyəyə daha çox Çinli turistlər  gələcək. İki tərəfin ortaq səyləriylə ikitərəfli əlaqələrdə yeni addımlar atılacağına inanıram” dedi.



Әlaqәli Xәbәrlәr