Xarici Mətbuat

Gündəm xarici mətbuat vasitələrində:

801563
Xarici Mətbuat

İngiltərə, Reuters: Ərdoğan dünya liderlərinə Rohingyaya yardım etmələri mövzusunda israr etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərinə soyqırımla üz-üzə olan Rohingya müsəlmanlarına yardım etmək üçün daha çox işlər görülməsi məsələsində israr etdi. Ərdoğan İstanbulda verdiyi açıqlamada:"Myanmanın və müsəlmanların düşdüyü vəziyyəti gördünüz. Kəndlərin necə yandırıldığını izlədiniz. İnsanlıq Myanmadakı qətliama səssiz qaldı" dedi. Ərdoğan Türkiyənin mövzunu bu ay New Yorkda BMT Baş Məclisində gündəmə gətirəcəyini söylədi.

Almanya DPA: Prezidentin sözçüsü Merkel və Schulzun Türkiyə ilə bağlı tənqidlərinə reaksiya verdi

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Almaniya kansleri Angela Merkel və Sosialist Demokrat Partiyasından kanslerliyə namizəd Martin Schulzun televiziya proqramında diskriminasiya və irqçilik məsələlərinə toxunmadıqlarına diqqət çəkdi. Kalın Twitter-də paylaşdığı açıqlamasında Almaniyanın demokratiyanı deyil, terroristləri və çevrilişçiləri müdafiə etdiyini vurğuladı. Kalın: "Almaniyada seçkilərdə hansı partiyanın qələbə çalacağı çox əhəmiyyətli deyil, çünki artıq hansı düşüncənin qalib gələcəyi bəlli oldu" dedi.

ABŞ Turkish American Web Portalı: Türkiyə ilə danışıqları davam etdirəcəyik

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini 12-ci Bled Strateji Forumunda iştirak etmək üçün getdiyi Sloveniyada verdiyi açıqlamada:" Türkiyə,ilk növbədə, bölgədə əhəmiyyətli bir tərəfdaş və hələ Avropa İttifaqına üzv ölkədir. Bu səbəbdən Türkiyə ilə danışıqlara davam edəcəyik. Daxili müzakirələrimiz və Türkiyə tərəfi ilə görüşlərimiz ikitərəfli əlaqələrin gələcəyini müəyyən edəcək" deyə danışdı.

Rusiya Sputnik: 13 yaşında dünya birincisi oldu

İtaliyada təşkil olunan Beynəlxalq Tadini Musiqi Müsabiqəsinə İzmirdən qatılan Kaan Turan 11-13 yaş kateqoriyasında birinci oldu.

Yaşar Universitetindən verilən məlumata görə, universitetin nəzdində olan  Musiqi Akademiyasında 6 yaşından etibarən fortepiano sinfində təhsil alan Turan İtaliyanın Bergamo şəhərində təşkil olunan Beynəlxalq Tadini Müsabiqəsində iştirak edib. 17 ölkədən 45 nəfərin qatıldığı müsabiqədə Fazıl Sayın "Qara Torpaq", Şopenin "İnqilabi etüd"  və Motsartın "La Minor" sonatasını səsləndirən Kaan Turan 11-13 yaş kateqoriyasında birinci yeri qazanıb.

 



Әlaqәli Xәbәrlәr