Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xaric mətbuat və veriliş orqanlarında

789562
Xarici Mətbuat

Reuters xəbər agentliyi: Preziden Ərdoğana görə Almaniyada keçiriləcək seçkilərdən sonra Türkiyə- Berlin arasındakı əlaqələr normallaşacaq. Prezident Ərdoğan Bunu İsparta vilayətində etdiyi çıxışında deyib. Avropa ilə Türkiyə arasındakı gərginlik Avropanın daxili siyasətindən mənbələnib və Berlin ilə əlaqələr Almaniyada sentiyabr ayında keçiriləcək parlament seçkiləri sonrasında normallaşacaq deyən ərdoğan vurğulayıb ki, “Avropanın tənqidləri öz daxili siyasəti ilə əlaqəlidir. Fransa və Avstriya da keçmişdə belə bir yola müraciət edib. İndi də eyni taktikanı Almaniya izləyir. Seçkilərdən sonra mən bu vəziyyətin normal hal alacağına inanıram.

Turkish American Web Portalı: “Türkiyə qurban bayramında dünyanın müxtəlif yerlərinə yardım çatdıracaq. Bu iş Türkiyədəki yardım təşkilatları tərifindən reallaşdırılacaq. Bu təşkilatlara başçılıq edən Türkiyə qırmızı aypara cəmiyyət 10 ildir başlatdığı xaricdə qurban kəsmə kampaniyasını bu il "Qurban Bərəkəti İl Boyu davam etsin" şüarıyla davam etdirir.

Rusiya, dövlət informasiya agentliyi Ria Novosti: "Ruslar Türkiyəyə axışdılar Onların Türkiyədə satın aldıqları məhsul miqdarında keçmiş illərlə müqayisədə 403% artım qeydə alınıb. Ruslar, keçən il iyul ayında etdikləri alverin 630 min lirəlik hissəsi üçün əlavə dəyər vergisinin qaytarılmasını tələb edərkən, bu rəqəm 2017-ci ilin müvafiq ayında 3,2 milyon lirəyə çatıb. Bu da rus turistlərin iyul ayında Türkiyədə etdiyi alverlərin ötən ilə müqayisədə 403% artdığını göz önünə sərir.

CNN beynəlxalq xəbər kanalının Türkiyədə bir ilk başlıqlı xəbərində: Hashtaq Festivalı, 19-20 avqust tarixlərində İstanbulda keçiriləcək. Tuzla Marina Arenada təşkil ediləcək Festivalda; sənətçilər çıxış edəcəklər. Akustik danışıqlar və müxtəlif tədbirlər keçiriləcək.



Әlaqәli Xәbәrlәr