ABŞ-dan terror təşkilatı PKK/PYD-yə hərbi yardımlar davam edir

Azərbaycanın “Trend”, ABŞ-ın ”Turkish American”, Rusiyanın “Sputnik” xəbər agentlikləri Türkiyə haqqında. Xarici mətbuat, 09.08.2017

786668
ABŞ-dan terror təşkilatı PKK/PYD-yə hərbi yardımlar davam edir

Azərbaycan, “Trend” mətbuat agentliyi: "Baş nazir B.Yıldırım S.Ceenbekovla bir araya gəldi".

  Türkiyənin Baş naziri Binəli Yıldırım qırğızıstanlı həmkarı Sooronbay Ceenbekovla Ankara Çankaya Köşkündə görüşdü. Söhbət zamanı Qırğızıstanda Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) varlığı, bunun iki ölkə arasındakı dostluğa kölgə salmaması gərəkliliyi və qırğız mövqelərinin Türkiyə ilə lazımi əməkdaşlıq qurması məsələləri müzakirə edildi. Görüşdə dost və qardaş iki ölkə əlaqələrinin regional proseslərə təsirləri barədə də danışıldı. Qırğız tərəfi iki ölkə yaxşı münasibətlərə xələl gəlməməsi üçün əllərindən gələni edəcəklərini ildirdilər.

ABŞ, ”Turkish American” veb portalı: "ABŞ-dan terror təşkilatı PKK/PYD-yə hərbi yardımlar davam edir".

  Amerika Birləşmiş Ştatları Suriyada separatçı terror təşkilatı PKK/PYD-yə DAEŞ-lə mübarizə bəhanəsiylə hərbi yardımlarını davam etdirir. 112 yük maşınında (TIR) Rakkanın şimalındakı terrorçulara göndərilib. Yük maşını karvanında ABŞ ordusunun istifadə etdiyi yüksək hərəkət qabiliyyətli zirehli "Hummer"lər, yanacaq tankerləri və orta böyüklükdə maşınlar var. Bundan başqa, bir müddətdir xüsusilə gecə saatlarında üstü örtülü yük maşınları da onlara silah daşıyır.

Rusiya, “Sputnik” saytı: "Rusiya turistləri sayəsində Antalya turizmi artdı".

  Aralıq dənizi Turist Otelçiləri və İnzibatçılar Birliyinin (Aktobe) sədri Erkan Yağçı bildirib ki, yanvar - iyul ayları arasında Antalyada təxminən 2 milyondan çox turistin əksəriyyəti Rusiyadan gəlib. Bu da o deməkdir ki, 2016-ci ilin eyni dövrülə müqayisədə rəqəm 76 faiz artıb.

Rusiya, "Sputnik": "Türkiyə-Qətər ortaq hərbi təlimləri".

  Türkiyə Silahlı Qüvvələri (TSK) Türkiyə və Qətər Silahlı Qüvvələri arasında 5-7 avqust tarixlərində əməkdaşlıq və koordinasiyanın inkişaf etdirilməsi məqsədiylə Qətərdə təşkil edilən ortaq manevrin müvəffəqiyyətlə tamamlandığını bildirib. TSK-dan verilən məlumata görə, manevrin quru mərhələsi 5-6 avqust tarixlərində Qətərdə Quru Əməliyyatları Hərbi Bazasında icra edilib.



Әlaqәli Xәbәrlәr