Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzular

767681
Xarici Mətbuat

İran xəbər agentliyi İRNA-nın, Erdoğan-Aliyev İstanbulda bir araya gədi, başlıqlı xəbərində bildirilib: Prezident Rəcəb Tayyib Ərdoğan, 22-ci Dünya Neft Konqresində iştirak etmək məqsədiylə İstanbulda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. 100 ölkənin enerji sahəsində fəaliyyət göstərən qabaqcıl firmalarından 500-ə qədər nümayəndə və səlahiyyətli ilə 50 nazirin qatılacağı konqres 4 gün davam edəcək. Prezident Əliyev həmin çərçivədə bəzi ölkələrin rəsmiləri və neft şirkətlərinin səlahiyyətliləriylə bir araya gələcək.

 Amerikanın səsi radiosu: “ABŞ dövlət departamentinin rəhbəri Tillerson İstanbulda səfərdədir. ABŞ dövlət katibi Rex Tillersonın Türkiyəyə səfəri iki gün davam edəcək. Ötən həftə Almaniyanın Hamburq şəhərində baş tutan G-20 zirvə toplantısına qatılan dövlət katibi, dünən Ukraynanın paytaxtı Kiyevdə olub. O bu ölkədəki təmaslarını tamamladıqdan sonra keçdiyi İstanbulda 22-ci Dünya Neft Konqresinə qatılıb. Dövlət katibi konqresdə etdiyi çıxışında, strateji əhəmiyyətə malik bir coğrafiyada yerləşən Türkiyə ilə ABŞ-nın enerji təhlükəsizliyi sahəsində güçlü əməkdaşlıq etməsi vacibdir deyib.

ABŞ xəbər agentiyi AP: “Ərdoğan ilə Trump G-20 sammitində Suriya məsələsini müzakirə edib. Daha əvvəl planlaşdırılmayan görüş qıssa olub. Ağ Evin sözçüsü Sarah Huckabee Sandersin məlumatına görə iki lider görüş zamanı Suriyadakı vəziyyəti müzakirə edib.

İngiltərə media orqanı BBC Türkçe: Afrodias, YUNESKO-nun Dünya İrs Siyahısına salındı. Polşanın Krakov şəhərində keçirilən sayca 41-ci Dünya Miras Komitəsi konfransında, Aydının Karacasu rayonundakı Afrodisias antiq şəhərin UNESCO Dünya Mirası Siyahısına daxil edilməsi mövzusunda qərar qəbul edilib. UNESCO-ya görə Aphrodisias Antik şəhəri, "Yunan-Roma dövrünə məxsus memarlıq və şəhər xüsusiyyətlərini göz önünə sərən bir arxəologi mərkəzdir. Eradan əvvəl 4-cü əsrdə salındığı təxmin edilən şəhərdəki Afrodita məbədinin tarixi isə eradan əvvəl 3-cü əsrə söykənir.



Әlaqәli Xәbәrlәr