Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

765689
Xarici Mətbuat

 Reuters xəbər agentliyi: “Almaniya bu ölkədəki vətəndaşlarım qarşısında çıxışıma maneə törədərək, demək olar ki intihar edir: Ərdoğan”.

Türkiyәnin Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Almaniyanın Hamburq şәhәrindә 7-8 iyul tarixlәrindә keçirilәcәk G20 sammitindәn әvvәl Almaniyanın "Die Zeit" qәzetinә müsahibә verib.

G20 sammitindәn sonra Almaniyadakı Türklәrlә bir araya gәlmәsinә müsbәt yanaşmayan Berlin rәhbәrliyinә sәrt reaksiya verən Rәcәb Tayyib Әrdoğan: ‘Almaniya Türklərə xitabən çıxışıma imkan yaradmaqdan imtina edərək , demək olar ki siyasi intihara yol verir”. Almaniya mətbuatının Türkiyə əleyhdarı kampaniyalarının hələ də davam etdiyini ifadə edən prezident Ərdoğan, Almaniya Kansleri Merkel ilә probleminin olmadığını da sözlərinə əlavə edib.

Turkish Newyork Web Portalı: “Böyük Britaniya uçuş zamanı tətbiq etdiyi qadağalara son qoyur”. Nəqliyyat, Dənizçilik və İnformasiya naziri Əhməd Arslan, təyyarələrdə elektron cihazların qadağan edilməsinin doğru olmadığını hər platformada səsləndirdiklərini, bu səbəbdən təyyarələrdə elektron cihazların qadağan tətbiqi ilə əlaqəli texniki heyətin Türkiyəyə gələcəyini, Türkiyənin tədbiqlərini yerində gördükdən sonra onların da ABŞ kimi qadağan qərarını ləğv edəcəklirinə inandığını qeyd edib. Nazir həmçinin vurğulayıb ki, Türkiyə, beynəlxalq mülki aviasiya nəhənglərinin tələbləri çərçivəsində lazımlı tədbirləri həyata keçirib. Bu səbəbdən İngiltərə də qıssa müddət ərzində qadağana son verəcək.

Azərbaycan Trend İnformasiya Agentliyi: erməni silahlı birləşmələrinin ötən gün törətdikləri hadisə ilə bağlı Türkiyənin Xarici işlər nazirliyindən verilən açıqlamada: “Ermənistan ordusunun Azərbaycanın Alxanlı kəndinə hücumu nəticəsində həyatını itirən Azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verir, yaralı qardaşımıza da təcili şəfa arzulayırıq. Mənfur hücum, işğalçı Ermənistanın cebhə xəttində ağır silahlarla törətdiyi təxribatlar, dinç sakinləri, xüsusilə qadın və uşaqları hədəf götürməsi, beynəlxalq qaydalar və hümanitar dəyərlər ilə üst-üstə gəlməyən hərəkətinin bariz göstəricisidir”.

İran xəbər agentliyi Mehr, “Astanada Türkiyə, İran və Rusiya nümayəndə heyətlərinin üç tərəfli yığıncağı” başlıqlı xəbərində: Suriya danışıqları əvvəlində, Türkiyə, İran və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Astanada bir araya gəlib. Suriyada atəşkəsin bərpasını təmin edən ölkələrin nümayəndə heyətləri arasında baş tutan yığıncaqda növbəti mütəxəssislər konfranının üç həftə sonra İranda keçirilməsinə dair qərar qəbul edilib.

Rusiya xəbər agentliyi Sputnikin, “Türkiyəni ziyarət edən Rus turistlərin sayı hər ötən gün artır” başlığı ilə çatdırdığı xəbərdə: 2017-ci ilin ilk yarısında Antaliya 1.3 milyon rus turistə ev sahibliyi edib. Antalya Beynəlxalq hesabata görə, Antalya bölgəsindəki dincəlmə mərkəzlərinə gələn 3.4 milyon turistin 38%-i Rusdur. Həmin rəqəmin 17%-i Alman turistlər təşkil edərkən, bu ölkəni Ukraynalılar izləyir.



Әlaqәli Xәbәrlәr