Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzular ilə əlaqəli əks edən xəbərlər

762019
Xarici Mətbuat

Rsiyanın Sputnik xəbər agentliyinin, “Ərdoğan Trump ilə görüşəcək” başlığı ilə çatdırdığı xəbərdə: “ Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trump arasında bu gün telefon danışığı baş tutub. Ərdoğan, ən son 16 Mayda Vaşinqtona səfəri çərçivəsində Ağ Evdə Trump ilə ikilikdə görüş keçirmişdi”.

 Euronews: “Türkiyə ilə Almaniya arasında yeni gərginlik” yaranıb. Alman rəsmilərinin, Hamburqda keçiriləcək G20 sammitinə qatılması nəzərdə tutulan Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkədə mitinq təşkil etmə planı ilə  bağlı  maneələr  törətmələrinə, Türkiyə Xarici İşlər Nazirliyi sərt reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu mövzu ilə əlaqəli açıqlamasında: “Hörmətli prezidentimizın G20 zirvə toplantısına qatılmaq üçün Hamburqa edəcəyi səfər çərçivəsində Türk vətəndaşları ilə bir araya gəlməsi planlaşdırılır. Lakin Alman mövqeyləri mitinq təşkil ediləcək məkanın təmini üçün rəsmi icazə tələb edilməsini istəyir. Ancaq bununla da kifayətlənməyən Alman rəsmilərdən bəzilərinin bu barədə   qəbul  edilməz  bəyanatlar  verir”.

Azərbaycan, xəbər agentliyi trend: Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın, Hollandiya Apelyasiya Məhkəməsinin Srebrenitsa qırğını ilə əlaqəli qərarını, eksik amma müsbət bir addım olaraq qiymətləndirib. Kalın "Birləşmiş Millətlər Təşkilatının sülh qüvvəsində iştirak edən Niderland əsgərlərinin qüsurlu olduqlarını göstərən məhkəmə qərarını, eksik, amma müsbət bir addım olaraq qəbul etdiklərini, Gələcəkdə Avropanın və insanlığın belə faciələrə məruz qalmaması üçün, cinayətkarların elan edilib və cəzalandırılmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Türk-amerika xəbər saytı Turkishny: Türk qida məhsulları ABŞ-da təşkil edilən sərgidə nümayiş etdirilib. New Yorkun ev sahibliyi etdiyi qida sərgisi  Summer Fancy Food Showda Türkiyənin qida məhsulları tanıdılıb. Sərgidə ixracatı artırmaq istəyən sektor nümayəndələri  Türkiyəni, 40 firma ilə təmsil edib.



Әlaqәli Xәbәrlәr