Xarici Mətbuat
Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

ABŞ media orqanı TURKISH NY-nın “Brüsseldə həssas görüş” başlıqlı xəbərində: “Türkiyə Müdafiə naziri Fikri Işık, NATO Müdafiə Nazirləri Toplantısına qatılmaq üzrə getdiyi Belçikanın paytaxtı Brüsseldə ABŞ müdafiə naziri James Mattis ilə görüşüb. Danışıq zamanı, Suriya, İraq və Qətər mövzuları müzakirə edilib. İki həmkar arasında baş tutan danışıqdan sonra verilən açıqlamada Fikri Işık-ın ABŞ-lı həmkarına ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması YPG ilə əməkdaşlıq etməsindən Türkiyənin narahat olduğunu bildirib. Amerikalı nazir Mattis isə, YPG ilə əlaqələrinin zərurətdən və müvəqqəti olduğunu vurğulayıb”.
İran Pars Today : Türkiyə Afrinin terrordan təmizlənməsini istəyir”.
Suriya sərhədinə və ərazilərinə hərbi yığınak edən, iki gün əvvəl Afrinin ətrafında gizlənmiş terror qruplaşması YPG mənsubu quldurlar tərəfindən açılan atəşə dərhal qarşılıq verən Türkiyənin baş nazir müavini Veysi Kaynaq, Kahramanmaraş vilayətində verdiyi açıqlamada: “Həm Türkiyənin sərhəd təhlükəsizliyi, həm də bölgənin təhlükəsizliyi baxımından, Afrin bölgəsi terrordan, terroristlərdən, təmizlənməlidir”.
İngiltərə xəbər agentliyi Reuters: “ Şimali Kıbrıs Türk Respublikası prezidenti Musdafa Akıncı və Rum icmasının lideri Nikos Anastasiadis, adanın birləşməsi mövzusu ilə əlaqəli danışıqlara 28 iyunda yenidən başlayıb. İsveçrənin Crans-Montana qəsəbəsində başlayan və bəzi icmalçıların razılaşma baxımından son şans olaraq xarekterizə etdikləri danışıqlarda Akıncı və Anastasiadisdən başqa, BMT səlahiyyətlisi Espen Barth Eide, Aİ nümayəndələriylə Türkiyə və Yunanıstan xarici işlər nazirləri də iştirak edirlər. Espen Barth Eide, danışıqların 7 İyula qədər davam edəcəyini , əsas məsələlərin gündəmə daxil edilməsi halında razılaşma ilə nəticələnə biləcəyini qeyd edib.
Rusiya media orqanı sputnik: “ Türkiyənin Xarici İşlər Nazirliyi İsveçrənin Crans-Montana şəhərində davam edən Kıbrıs danışıqlarında, Türkiyənin 4 mərhələli plan çərçivəsində Adadan əsgər çəkəcəyinə dair xəbərləri təkzib edib. Qeyd edək ki, Türkiyənin kıbrısdakı hərbi gücünü 80% faiz azaldacağına dair xəbərlər mətbuatda əks etmişdi.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar