Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqarlarında

757721
Xarici Mətbuat

Almaniya media orqanı DPA: “Prezident Ərdoğanın Almaniyada baş tutacaq G20-zirvə toplantısından sonra bu ölkədə yaşayan Türklərə xitabən çıxışı planlaşdırılır”. Prezident Rəcəb Tayyib Ərdoğan İyul ayının ilk həftəsində Almaniyada keçiriləcək G-20 sammitindən sonra bu ölkədə yaşayan Türklər ilə bir araya gələcək. Ərdoğan, 7 və 8 İyulda iqtisadiyyat nəhənglərinin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək sammtdə G-20 zirvə toplantısına qatılacaq. Daha sonra Türklər ilə bir araya gələcəyi toplantıda çıxış edəcək. 16 Apreldə Türkiyədə Konstitusiyaya dəyişiklik ilə əlaqəli baş tutan referendum əvvəlində Türk hökumət nümayəndələrinin Almaniyada yaşayan Türklər ilə bir araya gəlmələrinə icazə verilməmişdi. Bu da Ankara ilə Berlin arasında gərginliyə səbəb olmuşdu. Prezident Ərdoğan Almaniya rəsmilərinin bu irqçi rəftarını pisləmişdi.

Kıbrıs Rum icmasında çapdan buraxılan Haravgi qəzeti: “Türklər, Kıbrıs müzakirələrinin davamı üçün irəliyə sürülən ön şərtləri qəbul etmirlər”.

Türkiyə, Cenevrədə keçirilməsi nəzərdə tutulan Kıbrıs konfransını nəhai zirvə olaraq xarekterizə edir. Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Şimali Kıbrıs Türk Respublikası xarici işlər naziri Tahsin Ərtuğruloğlu ilə Ankarada keçirdiyi görüşdən sonra verdiyi açıqlamada: “ Türkiyə konfransa ön şərtsiz qatılır. Bundan sonra da irəli sürüləcək heç bir şərti də qəbul etmiyəcək. Ankara İsveçrə zirvəsinə lazımlı hazırlıqları edərək qatılacaq. Təhlükəsizlik və zəmanətlər, torpaq, rəhbərlik və səlahiyyətlərin bölüşülməsi, mülkiyyət və Türkiyə vətəndaşlarının Kıbrısda sahib olacaqları hüquqlar kimi mövzular zirvə toplantısında müzakirə ediləcək. Türk tərəfi 12 Yanvarda olduğu kimi, toplantıya tələblərinin idrakında olaraq qatılacaq və  fikirlərini müdafiə edəcək.

İtaliyanın Quotidiano Nazionale qəzetində "Kapadokyanın cadusu" başlmıqlı məqalədə gedib: Türkiyənin turizm mərkəzlərindən Kapadokya, bənzərsiz mənzərələri, simpatik insanları, tarixi və mədəniyyəti əks etdirən motivli xalçaları ilə ziyarətçilərini ovsunlayır. Kapadokya, velosiped, motorlu idman sevərlər üçün də möhtəşəm variantlar təqdim edir. Xüsusilə xarici turizm agentlikləri və turist rəhbərləri, pəri bacalarını, günəşin doğuş və batışını, yeraltı şəhərlərini, Ihlara vadisini, məbədlərini və tarixi evlərini ziyarət edənlərin Kapadokyaya valeh olduqlarını qeyd edirlər.

Rusiya, dövlət xəbər agentliyi Ria Novosti: “Antalya 2017-ci ildə 7,25 milyon turist qəbul edəcək”. 2017-ci ildə Antaliyaya təşkil edilən səyahət turları ötən ilə müqayisədə 27% artıb. Bu il şəhərə gələcək xarici turist yasının 7,25 milyon olacağı proqnozlaşdırılır. Antaliyaya gələcək turist  sayı isə 2016-cı ilə müqayisədə 5,3 dəfə artaraq 2,6 milyona çatması gözlənilir. Yəni Rus bazarı, Antaliyadakı xarici turist bazarlarının ən böyüyü olacaq. Ümumi olaraq Rusiya daxil olmaqla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən Antalyaya ən az 3,4 milyon turist gəlməsi gözlənilir. Təxminlərə görə 600 min turist Ukraynadan, 200 min də Qazaxıstandan gələcək. Avropadan da təxmin edilən sayda  turistin gəlməsi gözlənir.



Әlaqәli Xәbәrlәr