Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

753826
Xarici Mətbuat

ABŞ, Voice of Amerika: Ərdoğandan ABŞ-a reaksiya:"Bu necə hüquqdur?"

Prezident Rəcəb Tayyib Ərdoğan aralarında cangüdənlərinin də olduğu 14 nəfər haqqında Amerika Birləşmiş Ştatları tərəfindən verilən həbs qərarına reaksiya göstərdi. Ərdoğan: "Cangüdənlərim barəsində həbs qərarı veriblər. Bu necə qanundur, bu necə hüquqdur? ABŞ-a səfərimdə Fətullahçı terror təşkilatı FETÖ və PKK üzvləri 50 metr yaxınlığımda aksiya keçirdilər və ABŞ polisi müdaxilə etmədi, iki soydaşımı da həbs etdi" dedi. Ərdoğan siyasi və hüquqi mübarizələrini davam etdirdiklərini də qeyd etdi. Ərdoğanın mayın 16-da ABŞ-a etdiyi səfərdə Washingtonda Türkiyə Səfirliyinin qarşısında terror təşkilatı FETÖ və PKK üzvləri ilə Türklər arasında qarşıdurma olmuş, Ərdoğanın cangüdənləri hadisəyə müdaxilə edərək Türkləri PKK-çılardan qorumuşdular.

 

İran, IRNA Xəbər Agentliyi:"Ankara regional sabitliyə kömək edir"

Səudiyyə Ərəbistanı və Qətər arasındakı böhranın həlli üçün yüksək vəzifəli şəxslər səviyyəsində məsləhətləşmələr aparan Türkiyənin Kuveyt səfiri Murat Tamer Ankaranın Körfəz bölgəsində sülhün təmin olunmasına çalışdığını bildirdi. Türkiyənin Kuveyt səfiri mətbuata verdiyi açıqlamada ölkəsinin Qətərə əsgər göndərmə məsələsinə toxunaraq:"Türkiyə bu planı həyata keçirməklə dialoq yolu ilə münaqişələrin aradan qaldırılmasına tərəfdar olduğunu göstərir" dedi. Tamer:"Türkiyə, Qətər ilə imzaladığı hərbi müqavilənin maddələrinə əsasən hərəkət edir və hər kəsin sözügedən müqavilədən xəbəri var" dedi. Tamer Səudiyyə Ərəbistanı və Qətər arasında münaqişələrin siyasi danışıqlar yolu ilə həll edilməsinə ümid etdiyini dilə gətirdi.

 

Rusiya, Sputnik İnformasiya Agentliyi: "Qətər Türkiyəyə minnətdardır"
 
 Qətərin Ankara səfiri Salim Mübarək əl Şafi aralarında Körfəz ölkələrinin də olduğu doqquz müsəlman ölkəsinin Qətər ilə diplomatik əlaqələri kəsməsindən sonra başlayan böhrandan və Türkiyənin bu prosesdə verdiyi dəstəkdən danışdı. Əl Şafi prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları və prosesdə tutduğu mövqeyin çox mühüm və müsbət xarakter daşıdığını söyləyərək:"Prezident Ərdoğanın mövqeyi şərəfli bir mövqedir. Həqiqi dostumuzu gördük. Belə bir dəstəyi bizə ancaq Türkiyə kimi böyük bir  mədəniyyəti və tarixi olan bir ölkə verə bilərdi. Türkiyənin yanımızda olması bizim üçün çox böyük şərəfdir" dedi.

 

Almaniya, "Rheinische Post" qəzeti: "Türkiyə NATO-nun çox mühüm üzvüdür"
 
 Türkiyə çox əhəmiyyətli coğrafi-strateji mövqeyi səbəbindən NATO-da əhəmiyyətli bir yerə sahibdir. Qərb siyasətçiləri Türkiyə olmadan Suriyada sabitliyin mümkün olmayacağını, Ankaranın Moskva ilə yaxınlaşması halında isə Avropanın təhlükəsizlik strukturunun yenidən nəzərdən keçirilməsi lazım olacağını düşünürlər. Bəzi Avropa İttifaqı  ölkələrinin Türkiyəyə qarşı mənfi münasibətlərini qeyd edən siyasətçilər Avropa İttifaqı ölkələri ilə Türkiyə arasında münasibətlərin son zamanlarda yaxşılaşdığını da bildirirlər, Türkiyəni təhlükəsizlik siyasətlərinə daxil etməyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Qərbdə siyasi partiya nümayəndələri Türkiyə ilə bağlı çıxışlarında bu ölkənin əleyhinə haqsız  açıqlamalara yol verilməməsinin və verilən şərhlərdə daha diqqətli davranılmasının vacibliyini vurğulayırlar.

 

Azərbaycan, APA: ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb

ABŞ-ın Türkiyədəki səfiri John Bass Washington polisinin prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verməsinə görə  XİN-ə çağırılıb. Bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.“Vaşinqton polisi mayın 16-da baş vermiş insidentlə əlaqədar prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verdikdən sonra ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN rəhbərinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirə bildirilib ki, həmin qərar yanlış, qeyri-obyektiv və hüquqi cəhətdən əsassızdır”, - deyə bəyanatda bildirilir.  Qeyd olunub ki, Türkiyənin Washingtondakı səfirinin iqamətgahı qarşısında insidentin baş verməsinə səbəb yerli təhlükəsizlik orqanlarının lazımi tədbirlər görməməsi olub.   

 



Әlaqәli Xәbәrlәr