Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

753231
Xarici Mətbuat

Almaniyanın mətbuat orqanı Deutsche Welle: “Mühacirlər İstanbulda 3 milyon ağac əkib”. Prezident Rəcəb Tayyib Ərdoğan, İstanbul Boğazında Asiya və Avropanı üçüncü dəfə birləşdirən Yavuz Sultan Səlim Körpüsünün əsasını qoyma mərasimində etdiyi çıxısında böhrə tikilməsi mövzusunda çağırış edib. Həmin çağırışa görə həyata keçirilən “3 Milyon Suriyalı 3 Milyon Böhrə” layihəsi çərçivəsində, İstanbulda Boğazın asiya və Avropa ərazilərində 4 milyon 200 min ağac əkilib. Layihə çərçivəsində Min 110 Suriyalı vəzifə icra edib. Həyata keçirilən “3 milyon Suriyalı 3 milyon Böhrə” layihəsi çərçivəsində Suriyalılar iş imkanı əldə edib. Layihənin başqa şəhərlərdə həyata keçirilməsi planlaşdırılır.

 Voice of America: "Türkiyə Qətərə dəstək verməkdə davam edir”

Prezident Ərdoğan Körfəz böhranının yarandığı ilk gündən bəri Qətərə güçlü dəstək verir. Bu ölkəyə sanksiya tətbiqinin qəbul edilməz olduğunu vurğulayır. Qətərın terror təşkilatı DEAŞ-a qarşı mübarizədə Türkiyənin yanında yer aldığını ifadə edən prezident Ərdoğan, real olmayan, böhtan üstündə ucalan kampaniyalar ilə Qətəri cinayətkar qəbul etmək, bölgə üçün heç bir faydasının olmayacağını qeyd edir. Ərdoğan: Türkiyə və Qətərin dəstəyi olmasaydı, Suriyalı müxaliflərin DEAŞ və rejim qarşısında müqavimət göstərmələri mümkün olmazdı”. Bəzi Körfəz ölkələrini 15 İyul Çevriliş Cəhdinin aktyorları olaraq xarakterizə edən Ərdoğan, Misirin seçilmiş prezidenti Məhəmməd Mursini çevrilişlə iqtidardan kənarlaşdıran Misir lideri Abdul Fəttah əl-Sisiye, Səudiyyə Ərəbistanının dəstək verməsini də pisləyib.

Rusiya, Radio və xəbər agentliyi Sputnik: “15 İyul ilə əlaqəli proqramlar hazırlanır”. Terror təşkilatı fətonun uğursuzluqla nəticələnən xain çevriliş cəhdinin il dönümünə bir ay qalmış, şəhidlərin xatirəsinə təşkil ediləcək tədbirlərlə əlaqəli hazırlıqlar edilir. Bir həftə davam edəcək tədbirlər çərçivəsində mitinqlər təşkil ediləcək. Prezident Ərdoğanın da həmin mitinqlərə qatılması planlaşdırılır.

CNN beynəlxalq xəbər kanalı: Antaliyada 2008-ci ildə yaradılan Hip-Notics Cable Ski Park, dünyanın müxtəlif ölkələrindən kabelli su xizəyi (wake board) idmancılarına ev sahibliyi edir. Almaniya, İngiltərə, Niderland, Fransa başda olmaqla Avropanın müxtəlif ölkələrindən su xizəyi etmək istəyənlər, Manavqatdakı Hip-Noticsdə həyəcanlı günlər keçirir. Həvəskarlar üçün xüsusi kurslar təşkil edilən mərkəzdə, peşəkarlar hünərlərini sərgiləyirlər.



Әlaqәli Xәbәrlәr