Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

752530
Xarici mətbuat

İngiltərə, “Reuters”: "Ərdoğan Qətərin təcrid edilməsinin İslami olmadığını söylədi"

Türkiyə prezidenti R.Tayyib Ərdoğan Qətərin qonşu ölkələr tərəfindən təcrid edilməsini pislədi və bunun İslami dəyərlərə zidd olduğunu söylədi. Ərdoğan Ədalət və İnkişaf Partiyasının Məclis qrup toplantısında etdiyi çıxışda "Qətərdə çox ciddi bir səhvə üz tutulduğunu görürük. Bir ölkənin xalqını hər mənada təcrid etməyə təşəbbüs etmək nə insani nə İslamidir. Barəsində sanki edam qərarı verilən bir ölkədə söhbət gedir. Qətər terror təşkilatı DEAŞ-a qarşı Türkiyə ilə birlikdə ən qətiyyətli mövqeyi göstərən ölkədir. Böhtan kampaniyaları ilə Qətəri günahkar kimi göstərməyin bölgəyə heç bir faydası yoxdur." Dedi. Ərdoğanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətər ilə əlaqələri kəsib sərt sanksiyalar tətbiq etməyə başlamalarından səkkiz gün sonra etdiyi bu çıxış Dohanın bölgədəki güclü bir tərədaşı tərəfindən göstərilən ən sərt müdaxilə xüsusiyyətindədir.

İtaliya, “Askanews”: Ərdoğan: İraq Kürd Regional Rəhbərliyinin müstəqilliyi üçün keçiriləcək referendum təhdiddir”

25 sentyabrda İraq Kürd Regional Rəhbərliyində referendum keçiriləcəyinə dair xəbərə reaksiya göstərən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də yaydığı açıqlamada bildirib: “Şimali İraqın müstəqilliyinə istiqamətli addım atmaq səhvdir və İraqın ərazi bütövlüyü üçün bir təhdid təşkil edər. Belə referendumun heç kəsə faydası yoxdur. İraqın ərazi bütövlüyünü hər zaman müdafiə etdik və müdafiə etməyə də davam edəcəyik."

ABŞ, “AP”: "Baş nazir: Türkiyə Aİ üzvlük müzakirələrini davam etdirmək istəyir"

Türkiyənin baş naziri ölkəsinin Avropa İttifaqı (Aİ) ilə üzvlük müzakirələrini davam etdirmək istədiyini söylədi. Bolqarıstanın Baş naziri ilə keçirdiyi mətbuat konfransında Baş nazir Binali Yıldırım dedi ki, Türkiyə olaraq Aİ ilə tamhüquqlu üzvlük müzakirələrini davam etdirmək istəyirik. Bizdə bu iradə var. Türkiyə ilə Aİ arasında keçən il imzalanan vizasız səyahət və Avropaya immiqrant axınının qarşısını almaq üçün geri qəbul müqaviləsini tam olaraq tətbiq etmə imkanı olmadığını ifadə edən Yıldırım vizasız səyahət və geri qəbul müqaviləsinin "prinsipdə" eyni zamanda qüvvəyə  mindirilməsinin vacibliyini qeyd etdi.

Rusiya “RİA Novosti”: "Moskvada 16-18 iyunda Türkiyə fevtivalı keçiriləcək"

Rusiyanın paytaxtı Moskvadakı Krasnaya Presnya Parkında 16- 18 iyunda Türkiyə festivalı keçiriləcək. Mos.ru saytının məlumatına görə fesvitalda iştirak  edəcəklərə Türkiyənin mədəniyyəti, tarixi, dili və ənənələri tanıdılacaq. Festivalda əl sənətləri kəndi gəzilə, gerçək Kapadokiya şarları ilə uçula, hədiyyəlik əşya satın alına biləcək. Festivala Türkiyədən məşhur  serial “Muhteşem Yüzyıl”da rol götürənlər daxil olmaqla sənətçilər gedəcək.



Әlaqәli Xәbәrlәr