Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

751710
Xarici Mətbuat

RUSİYA, RUSİYANIN SƏSİ RADİOSU: KURTULMUŞ İRAQ RƏHBƏRLİYİNİ  QƏRARI BİR DAHA GÖZDƏN KEÇİRMƏYƏ DƏVƏT ETDİ

Türkiyə baş nazirinin müavini  və hökumət sözçüsü Numan Kurtulmuş nazirlər Kabinetinin toplantısından sonra verdiyi açıqlamada İraq Kürd Muxtar Regionunun müstəqillik referendumunun keçirilməsi barəsindəki qərarına toxunaraq, İraq rəhbərliyini qərarı bir də gözdən keçirməyə dəvət etdi. Kurtulmuş: "Bizim əsas tezisimiz İraqın ərazi bütövlüyünün təmin olunmasıdır. Şimali İraqda keçiriləcək müstəqillik referendumunun onsuz da parçalanmış və siyasi problemlərinin  içindən çıxa bilməyən bölgədə qeyri-sabitliyi artırmaqdan başqa bir nəticəsi olmayacağını bilirik. Ona görə, Şimali İraq rəhbərliyinin bu mövzunu bir dəfə də gözdən keçirmələrinin, on dəfə düşünüb bir dəfə addım atmalarının daha doğru bir yol olduğunu düşünürəm" deyə danışdı.

 

İRAN, FARS XƏBƏR AGENTLİYİ:  SURİYADA DEESKALASIYA ZONALARININ YARADILMASI MƏSƏLƏSİNDƏ  TÜRKİYƏ İLƏ RAZILIQ ƏLDƏ ETDİK

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi həftəlik mətbuat konfransında xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyə səfərində Suriya ilə bağlı bəzi məsələlərdə razılıq əldə olunduğunu bildirdi. Türkiyə ilə Suriyada deeskalasiya zonalarının yaradılması ilə bağlı razılığa gəldiklərini və bhazırda bu mövzu ilə bağlı daha konstruktiv mövqe əldə etdiklərini söylədi. Qasımi istər Astana danışıqlarında, istərsə də başqa proseslərdə Türkiyə ilə daha məqbul əməkdaşlıq edə biləcəklərini vurğuladı.

 

İNGİLTƏRƏ, ƏL HƏYAT  MİSİR SÜVEYŞ KANALINI TÜRKİYƏNİN DÖYÜŞ GƏMİLƏRİNƏ BAĞLAMIR

Misir Türkiyə ilə Qətər arasında bağlanan qarşılıqlı müdafiə müqaviləsi əsasında Qətərə gedən Türkiyə döyüş gəmilərinin Süveyş kanalından keçməsinə icazə verib-verməyəcəyi mövzusuna müəyyənlik gətirərək Süveyş kanalı beynəlxalq  keçid olduğu üçün gəmilərin oradan keçməsinin qarşısının alınmayacağını bildirdi. İstisna halı Kanaldan keçmək istəyən gəminin Misir ilə müharibə vəziyyətində olan ölkənin bayrağını daşımasıdır. Ərəb ölkələrinin Qətəri boykot etmə qərarları elan edlimiş müharibə vəziyyəti olmadığından gəmilərin keçişinin qarşısının alınması müzakirə mövzusu ola bilməz.

 

FRANSA, AFP: TÜRKİYƏ..... BİRİNCİ RÜBDƏ GÖZLƏNİLMƏZ YÜKSƏLİŞ

Rəsmi statistikaya görə, Türkiyə iqtisadiyyatı 2017-ci ilin birinci rübündə keçən ilin eyni dövrünə görə 5% yüksəliş rəqəminə nail olub. Bu, iqtisadiyyatçıların proqnozlarından daha yüksək bir rəqəmdir. Bu rəqəm 3,8 % böyümə gözləyən bazarları təəccübləndirdi və 2016-cı il iyul ayındakı uğursuz çevriliş cəhdindən sonra ciddi şəkildə yavaşlayan Türkiyə iqtisadiyyatının gücünü yenidən qazanmağa başladığını göstərdi.  2017-ci ilin birin rübündəki böyümə 10,6 % artım göstərən ixracın nəticəisidir.

 

AZƏRBAYCAN, TREND İNFORMASİYA AGENTLİYİ: TRAMP VƏ ƏRDOĞAN QƏTƏR BÖHRANINI MÜZAKİRƏ EDƏCƏKLƏR

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın Qətər böhranını müzakirə edəcəyi gözlənilir. M.Çavuşoğlu telefon danışığının dəqiq tarixinin müəyyənləşdirilmədiyini bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.



Әlaqәli Xәbәrlәr