Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

750624
Xarici Mətbuat

Fransa xəbər agentliyi AFP: ‘Ramazan sona çatmamış Körfəz böhranı həll edilməli’. Bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib. Agentliyin xəbərində bildirilib ki: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər və qonşularına çağırış edib ki, Ramazan ayı sona çatmamış, Körfəz qazanının qaynamasına səbəb olan siyasi böhran sona çatsın. Prezident Ərdoğan və Xarici işlər naziri Mevlü Çavuşoğlu, Səudiyyə Ərəbistanının müttəfiqi olan Bəhreynin xarici işlər naziri Şeyx Xalid bin Əhməd Əl Xəlifə ilə İstanbulda bir araya gəlib. Ərdoğan “25 İyuna dək problemin həllinin vacib olduğunu vurğulayıb. Xarici işlər naziri Çavuşoğlu da Türkiyə, böhranın həllinə dair diplomatik səylərini davam etdirəcək deyib və Körfəzdəki sabitsizlik və təhlükəsizliyi Türkiyənin sabitsizlik və təhlükəsizliyi kimi gördüklərinə diqqət çəkib.

Böyük Britaniya xəbər agentlmiyi Reuters: “ABŞ ilə Türkiyə rəsmiləri arasında telefon danışığı baş tutub. İki ölkə rəsmilərinin görüşü zamanı Qətər və Suriyadakı vəziyyət müzakirə edilib.

ABŞ dövlət departamentinin rəhbəri Rex Tillerson ilə Türk həmkarı Mevlüt Çavuşoğlunun telefon görüşündə, Suriyada cərəyan edən hadisələr başda olmaqla, Qətər ilə qonşu Ərəb ölkələr arasında yaranan gərginlik haqda fikir mübadiləsi olunub. Tillersonın tələbi ilə baş tutan danışıqda, bu vəziyyətin cümə günü istənməyən insani nəticələr doğurduğu, ABŞ liderliyində DEAŞ-a istiqamətli edilən mübarizədə mənfi təsir etdiyini ifadə edərək, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə, Qətərə sanksiya tətbiqinin yüngülləşdirilməsi haqqında çağırış edib.

Almaniya media orqanı Deutsche Welle: “Kansler Merkel Qətər böhranına ortaq həll yolu haqqında çağırış edib”. Almaniya Kansleri Angela Merkel, Qətər böhranı ilə əlaqədar bölgədə yaranan münaqişənin sona çatması üçün bütün Körfəz ölkələri ilə yanaşı İran və Türkiyənin əməkdaşlığının əməhiyyət daşıdığını bildirib. Meksikaya reallaşdırdığı rəsmi səfər zamanı açıqlama verən Merkel, qərginliyin ancaq bölgədəki bütün aktyorların güçlü dəstəyi ilə aradan qaldırılmasının mümkün ola biləcəyini vurğulayıb. Böhranın həlli üçün Körfəz Əməkdaşlıq Şurası üzvlərinin əməkdaşlıq etmələrinin lazım gəldiyinə diqqət çəkən Merkel: “Suriyada, Liviyada və ya İraqda olduğu kimi, müəyyən aktyorların danışıqlara daxil edilməmələri halında, məsələyə siyasi həll yolu tapmaq geyri mümkün olacaq”.

ABŞ Turkıshny: “Atatürk adına hava limanında təhlükəsizliyih gücləndirilməsi məqsədiylə yeni aparatlar yerləşdirilir”.

Qatı, maye və digər partlayıcıları təsbit etmə xüsusiyyətinə sahib tomoqrafiya cihazı, İstanbul Atatürk Hava lımanında da istifadə ediləcək. Cihaz, hava yolu təhlükəsizliyini artırarkən sərnişinlərə da rahatlıq təmin edəcək. Tətbiq edilən yeni sistem, kabin baqajlarında maye və elektron cihazlara tətbiq olunan məhdudiyyətlər səbəbiylə yaşanan çətinlikləri də azaldacaq.



Әlaqәli Xәbәrlәr