Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

748999
Xarici Mətbuat

İran, rəsmi xəbər agentliyi IRNA: Kurtulmuş:"İrandakı terror hücumlarının Qətər böhranı ilə eyni vaxta düşməsi təsadüf deyil"
 
Türkiyə  baş nazirinin müavini Numan Kurtulmuş Qətərin regionun bəzi ərəb ölkələri ilə münasibətlərində meydana gələn böhrana toxunaraq: "Qətərin terror təşkilatlarını dəstəklədiyini bəhanə edən bir neçə ərəb ölkəsi bu ölkə ilə münasibətlərini kəsdi. Vəziyyət bu şəkildə davam edərsə, regionu yeni və təhlükəli böhran bürüyəcək" dedi. Kurtulmuş: "Qətər böhranından dərhal sonra Tehranda terror hücumları təşkil olundu. Terror hücumlarının məhz Qətər böhranı ilə eyni zamanda baş verməsi düşündürücüdür" dedi. Bölgədə DEAŞ, PKK kimi terror təşkilatlarının rahatlıqla terror aktları törətdiyini ifadə edən Kurtulmuş: "Bu terror aktlarının arxasında geniş kəşfiyyat imkanları olan bir neçə böyük ölkə durur" dedi.

 

İngiltərə, "Reuters" xəbər agentliyi: "Türkiyədə yaşayan əcnəbilərin banklardakı əmanətləri artdı"
 
 Türkiyədə yaşayan əcnəbilərin xarici valyuta əmanətləri iyunun 2-si ilə bitən həftədə 164.8 milyard dollara yüksəldi. Əvvəlki həftənin rəqəmləri 162.3 milyard dollar ətrafında idi. Prezident Rəcəb ayyip Ərdoğan dekabr ayında Türk Lirəsini (TL) dəstəkləmələri üçün Türk xalqına əllərindəki valyutaları Türk lirəsinə çevirmələri üçün müraciət etmişdi. 16 apreldəki konstitusiya dəyişikliyi referendumundan sonra TL-nin dəyəri artmağa başlamışdı. Hökumət Qətərdəki  Türkiyə bazasına əsgər yerləşdirilməsi üçün lazım olan qanun layihəsini sürətlə Məclisdə təsdiq etdirdi. Körfəz bölgəsindəki yüksək gərginliyin TL üzərində mənfi bir təsiri olmadı.

 

Rusiya, "İzvestiya" qəzeti: "Rus turistlər Türkiyəni seçirlər"
 
 Bu il rusların xarici ölkələrdə istirahət etmək istəyi keçən ilki göstəricilərə görə 30% artıb. Rusiyada bahar fəslinin soyuq keçməsi tələbatın artması səbəblərindən biri kimi qiymətləndirilir. Rusiyada iqlim şəraitinin sərt və il ərzində günəşli gün sayının az olması rusların Türkiyəyə marağını artırır. Ruslar isti hava, günəş və dəniz istəyirlər. Bu üzdən çimərlik turizminə üstünlük verilir. Nıticədə rusların Türkiyədəki istirahət  üçün etdikləri rezervasiyaların sayı çoxalır. Psixoloq Pavel Voljenkov yay turizminə olan tələbatın artmasının çox təbii olduğunu bildirir. Voljenkov uzun sürən soyuq və qış aylarının insan psixologiyasına mənfi təsir etdiyini deyir. Psixoloq:"Bahar ayı gəlib havalar istiləşdiyi zaman insanlar rahatlanmaq istəyirlər. Qış ərzində toplanmış  gərginliyi tətil vasitəsilə boşaltmaq istəyirlər. Bunu da isti yerlərə gedib istirahət etməklə həyata keçirirlər" deyir.

 

ABŞ, Associated Press (AP) xəbər agentliyi: "Türkiyə ilə Avropa İttifaqının qaçqın uşaqların məktəbə davam etməsi üçün hazırladığı layihə həyata keçirilməyə başladı"
 

 Türkiyə, Avropa İttifaqı və UNİCEF-in Türkiyədəki suriyalı və digər qaçqın uşaqların məktəblərə qeyd olunmasına və  təhsilə davam etmələrinə dair Aİ-nin maliyyələşdirdiyi ortaq layihəsi rəsmi olaraq hıyata keçirilməyə başladı. Proqram çərçivəsində uşaqlarını məktəbə qeyd etdirmələri və göndərmələri müqabilində ailələrə nağd  pul ödəniləcək. Mart ayından etibarən 56 min qaçqın uşaq proqram daxilində məktəblərə qeyd olunub. Səlahiyyətli şəxslər bu ilin sonuna qədər məktəbə qeyd olunan uşaq sayının 230 minə yüksəlməsinə ümid etdiklərini bildirirlər Aİ Humanitar Yardım Komissiyasının üzvü Hristos Stilianidis: "Təhsil nəsillərin itirilməsinin qarşısının alınması  üçün ən yaxşı yoldur, radikallaşmağa, məcburi əməyə cəlb olunmağa,  və məcburi evliliklərə qarşı da güclü bir qalxandır" dedi. Türkiyə çoxu suriyalılardan ibarət olan 3,2 milyon qaçqına ev sahibliyi edir.

 

Azərbaycan, Trend İnformasiya Agentliyi: Bakı-Tbilisi-Qars dəmir yolunun açılış tarixi barədə açıqlama

Bakı-Tbilisi-Qars dəmir yolunun açılacağı dəqiq tarix məlum deyil. Bu barədə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, hazırda dəmir yolunun açılış tarixi razılaşdırılır. Açılış mərasimində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi istisna olunmur. Qeyd edək ki, daha əvvəl Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirmişdi ki, BTQ dəmir yolu bu ilin iyun ayının sonlarında istifadəyə veriləcək.

 

 



Әlaqәli Xәbәrlәr