Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında,Türkiyənin gündəminə dair əks edən əsas mövzuların icmalı

741229
Xarici Mətbuat

İran xəbər agentliyi Pars Today, “Erdoğandan çivriliş xəbərdarlığı” başlığı ilə verdiyi xəbərdə: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fətullahçi Terror Təşkilatının 15 İyul çevriliş cəhdindən ibrət alaraq belə xain hadisənin bir daha təkrarlanmasına icazə verməyəcəklərini qeyd edib. Ərdoğan, bunu İstanbulda şəhid ailələrinə verilən iftar yeməyində etdiyi çıxışında deyib. Terrora qarşı mübarizənin davam edəcəyini ifadə edən prezident Ərdoğan, Türkiyənin terrorist qruplaşmalara qarşı mübarizəsinin davam edəcəyini vǝ onların Türkiyəyə yönəlik xəyanəti qarşısında lazımlı addımlardan imtina edilməyəcəyini deyib.

Rusiya federasiyası Dövlət Başçılığı internet səhifəsində “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı” başlığı ilə əks edən xəbərdə gedib: Rusiya Dövlət Başçısı Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər bir-birlərini qarşılıqlı olaraq 25 May 1992-ci ildə Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasındakı əlaqələrin əsaslarına dair imzalanan razılaşmanın 25-ci il dönümü münasibətiylə təbrik ediblər. Putin həmkarı Ərdoğana, Ədalət və İnkişaf Partiyasının lideri seçilməsi münasibətiylə uğurlar arzulayıb. Danışıq zamanı iki ölkə arasındakı strateji əməkdaşlığın irəli pillələrə qaldırılması mövzusunda ortaq fikir bəyan edilib. Ticarət və iqtisadi sahədə tətbiq edilən məhdudiyyətlərin qarşılıqlı qaldırılmasını nəzərdə tutan müqavilələrə əməl edilməsinin vacibliyinə və enerji sahəsində nəhəng layihələrin həyata keçirilməsi kimi mövzulara toxunulub. Suriya böhranının müzakirə edildiyi telefon danışığı zamanı, qarılıqlı görüşlərin davamı mövzusunda mütabiq qalınıb.

Çin Xınhua agentliyi: “Türkiyənin İqtisadi” güvən indeksi ilin ilk yarısında yüksəlməyə başlayıb”. Dövlət Statistika Komitəsinin 26 May tarixli hesabatına görə 2017-ci ilin may ayında Türkiyənin iqtisadi güvən indeksi 100.5-ə yüksəlib. Bu da 2015-ci ilin noyabr ayından indiyə dək ən yüksək səviyyədə hesab edilir. İcmalçılara görə Türkiyənin iqtisadi güvən indeksində artım qeydə alınmasında təhlükəsizliyin güclǝndirilmǝsi və hökumətin valyuta məzənnəsində sabitliyi reallaşdırmaq, inflyasiyanın artmasını dayandırmaq və turizmə yenidən fəallıq qazandırmaq üçün gördüyü tədbirlər təsirli olub.

ABŞ xəbər agentliyi AP: “Rumlar və Kıbrıslı Türklər sülh uğrunda Sərhəddə biraraya gəldi”. Xeyli sayda Kıbrıslı Türk və Rum paytaxt Lefkoşada BMT-nin nəzarətindəki bitərəf zonada bir araya gələrək adanın birləşməsini nəzərdə tutan razılaşmaya dəstəklərini bildiriblər. Adada daimi sülhün Türklər və Rumlardan asılı olduğunu səsləndiriblər. Siyasətçilərə insanları xəyal qırıqlığına uğratmamalarını xatırlatmaq məqsədiylə belə bir tədbir təşkil etdiklərini vurğulayıblar.



Әlaqәli Xәbәrlәr