Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

720683
Xarici Mətbuat

 Avstriya, "The Standard" gündəlik qəzeti: Hahn Türkiyə üçün Aİ alternativi axtarışındadır
 

 Avropa İttifaqı Komissiyası Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə dair müzakirələrə alternativ axtarır. Genişlənmə məsələləri üzrə komissar Yohannes Hahn dəyəri artırılmış gömrük itifaqı ideyasının tərəfdarıdır. Bu modeldə Türkiyənin İttifaq ilə yaxın əlaqələri nəzərdə tutur. Münasibətləri yenidən dəyərləndirmək üçün zamanın yetişdiyini qeyd edən Hahn əməkdaşlığın yeni bir şəklinin nəzərdən keçirilməsinin vacibliyini vurğuladı. Hahn uzun zamandır Türkiyə ilə imtiyazlı tərəfdaşlığın fərqli bir şəklinin verilməsi fikrini müdafiə edir. Hahna görə, Ankara ilə gömrük ittifaqı genişləndirilməli, və ya yeni bir tərəfdaşlıq müqaviləsi bağlanmalıdır. Lakin Aİ-yə üzvlük müzakirələri də variant olaraq qalmalıdır.
 

Yunanıstan, "Kathimerini" gündəlik qəzeti: Avropa İttifaqı müqaviləyə əməl edərsə münasibətlər düzələr
 

 Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Aİ-Türkiyə müqaviləsinə tam əməl olunması halında Aİ ilə münasibətlərin düzəlməsinin mümkün olacağını açıqladı. Kalın Türkiyənin Aİ-yə miqrasiya axınlarını dayandıran bir ölkə olaraq ölkədəki qaçqınlara qarşı böyük fədakarlıqlar etdiyini, lakinn Aİ-nin qaçqınlar üçün Türkiyəyə maddi dəstək verəcəyi sözünü yerinə yetirmədiyini xatırlatdı. Türkiyədəki 16 aprel referendumu kampaniyası müddətində bəzi Avropa ölkələrinin irqçi, faşist və nasist münasibətlər nümayiş etdirdiyini bildirən Kalın Ankara-Brüssel əlaqələrinin Avropa İttifaqının miqrasiya müqaviləsi müddəalarını tətbiq etdiyi halda bərpa olunacağını açıqladı. Müqavilədə Türk vətəndaşlarına Aİ-yə vizasız daxil olma haqqına aid müddəa da vardır.

 

Rusiya Rəsmi Xəbər Agentliyi, Ria Novosti: Türkiyə: "Dünya Suriyaya aid məsuliyyətlərini yerinə yetirmir"
 
 Türkiyə beynəlxalq ictimaiyyətin Suriyanın humanitar yardımla təmin olunması məsələsindəki öhdəliklərini yerinə yetirmədiyini açıqladı. Baş nazirin müavini Veysi Kaynak suriyalı qaçqınlara humanitar yardım məsələsində Türkiyənin tək başına qaldığını söylədi. Yəməndə keçirilən mətbuat konfransında çıxış edən KaynakTürkiyənin hazırda üç milyondan çox suriyalı qaçqını qəbul etdiyini bildiridi. Veysi Kaynak: "Türkiyənin bu məsələdə tək qalması həqiqəti bizi incidir. Suriya məsələsində verilən vədlər yerinə yetirilmədi. Suriyaya yardımın təmin edilməsilə əlaqədar sərmayələr qoyulmadı" ifadələrini işlətdi. Veysi Kaynak Ankaranın Yəmənə bir milyard dollarlıq humanitar yardım göndərəcəyini də bildirdi.

İngiltərə, Reuters Xəbər Agentliyi: Avstraliya baş naziri: "Çanaqqalada bəşəri ruh qələbə çaldı"
 

 Dünən Türkiyə Birinci Dünya Müharibəsi zamanı Gelibolunun işğalına qarşı vətəni müdafiə edərək qəhrəmanlıq göstərən şəhidlərini, Avstraliya, Yeni Zelandiya və İngiltərə isə işğal etdikləri torpaqlarda ölən babalarını yad etdilər. Türklərə qarşı həyata keçirilən və uğursuzluğa məhkum olan  işğal cəhdi zamanı iki ölkənin müharibədə ölən əsgərlərini anmaq üçün əlamətdar ildönümü idi. Türklər ölkə miqyasında minlərlə gəncin iştirakı ilə şəhidləri üçün kilometrlərlə məsafə qət edərək "vəfa yürüşləri" keçirdilər. Avstraliya xarici işlər naziri Julie Bishop və Yeni Zelandiya ədliyyə naziri Amy Adams Gelibolu yarımadası Anzakda sübh ibadətində iştirak etdilər. Avstraliya baş naziri Malkolm Turnbull  sosial mediada bir ismarıc və foto bölüşdü. Turnbull Facebookdakı video-ismarıcda: "Müharibəni ucaltmırıq. Anzak Günündə böyük qələbənin ildönümü deyil, bəşəri ruhun qələbəsi anılır" dedi.



Әlaqәli Xәbәrlәr