Xarici mətbuat
Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Qətər media orqanı Əl Cəzirənin “Bütün Türkiyənin zəfəri” başlığı ilə çatdırdığı xəbərində: “Prezident Rəcəb Tayyib Ərdoğan, konstitusiya dəyişiklik ilə əlaqəli dünən keçirilən referendumda geyri rəsmi nəticələr açıqlandıqdan sonra etdiyi çıxışında əldə edilən nəticənin bütün Türkiyənin zəfəri olduğunu ifadə edərək ölkə xaricində yaşayan Türk vətəndaşlarının bu zəfərin əhəmiyyətli parçası olduğunu qeyd edib. Cənub-Şərqi Anadolu bölgəsi xalqının referenduma güçlü dəstək verdiyinə də diqqəti çəkərək təşəkkürlərini bildirib. Türkiyənin 200 ildir müzakirə mövzusu olan rejim mövzusunda tarixi bir qərar qəbul etdiyini, qərarın adi bir addım olmadığını, rəhbərlik rejimi ilə əlaqəli dəyişiklik qərarı olduğunu vurğulayıb”.
İtaliyanın Adnkronos xəbər agentliyi “Referandum zəfəri ilə nələ dəyişir” başlıqlı xəbərində: Türkiyədə referenduma çıxarılan konstitusiyaya dəyişikliyin qəbul edilməsi ilə Prezident rejiminə keçişin önündəki maneələr götürüldü. Yeni hökumət rejimində Prezident icra başı olacaq və Baş nazir fiquru ortadan qalxacaq. Baş nazir yerinə vitse-prezidentlər təyin ediləcək. Prezident mənsub olduğu partiya ilə əlaqəsini davam etdirə biləcək. Millət vəkili sayı da 550dən, 600-ə çıxarılacaq. Prezident və millət vəkili seçkiləri eyni tarixdə hər beş ildə bir baş tutacaq. 18 yaşındakı gənclər millət vəkili ola biləcək.
ABŞ-nın xəbər agentliyi Associated Press: “Xarici işlər naziri Mevlüt Çavuşoğlu, hökumət rejiminə dəyişikliyi də ehtiva edən konstitusiyaya dəyişiklik yeni Türkiyənin doğuşu hesab edilir. Çavuşoğlu Antaliyada verdiyi açıqlamada “Artıq gerçək mənada yeni Türkiyə vardır. Yeni Türkiyədə sabitlik, güvən hökm sürəcək. Ölkə 2023, 2053 və 2071 hədəflərinə nail olacaq. Kampaniyanın davam etdiyi müddətcə əllimizdən gələn səyi etdik. “Gecə-gündüz çalışdıq. Bütün vətəndaşlarla bir araya gəldik”.
Sputnik: “Ərdoğana dünya liderlərindən təbrik mesajları yağdı”
Bir çox dünya liderindən prezident Rəcəb Tayyib Ərdoğana təbrik mesajları yağdı. Azərbaycan Prezidenti İlham Əliyev, Qətər Əmri Əl Sani və Fələstin Dövlət Başçısı Mahmud Abbas, Bəhreyn Kralı Əl Xəlifə, Qvineya Dövlət Başçısı Conde, Tunis Nahda Hərəkəti lideri Qannuşi, Cibuti prezidenti İsmayıl Ömər Quelleh, prezident Ərdoğana telefon edərək təbrik edib. İraqın vitse prezidenti Usamə ən-Nuceyfi də Ərdoğana telefon edərək “Türk xalqının bu nəticə ilə göstərdiyi güvən və iradə, yeni Türkiyəni inşa etmədə sahib olduğunuz güclü rəhbərlik qabiliyyətə sədaqətinizin göstəricisidir” deyib. Həmas və Fələstin Qurtuluş Təşkilatı nəticədən duyduğu məmnuniyyətini bildirib. Tunisin keçmiş prezidenti Məhəmməd Munsif Merzuki, referendum nəticəsi, Türk xalqının 15 İyul çevriliş cəhdinə verdiyi güçlü cavabdır deyərkən, Misir Müsəlman Qardaşlar Təşkilatı, Türk xalqını təbrik edib.
Әlaqәli Xәbәrlәr

Xarici mətbuat, 27 avqust 2021
Dünya informasiya vasitələrində gündəmə dair dərc olmuş xəbərlərdən başlıqlar