Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzularla əlaqəli əks edən xəbərlər

712593
Xarici Mətbuat

Almaniya mətbuat agentliyi DPA, “Avropa faşist üzünü göstərdi” başlıqlı xəbərində: Prezident Rəcəb Tayyib Ərdoğan, Avropada artan faşizm və İslam düşmənçiliyinə reaksiya verib. Giresun vilayətindəki mitinqdə çıxış edən prezident Ərdoğan, Avropanın maskasının açıldığını, bu maskanın altında gizlədilən faşist və irqçi, xarici və İslam düşmənçiliyinin aşkar olmağa başladığını qeyd edi. İslam əleyhdarı olduqlarını göz önünə sərən Avropalıların türklərə möhtac olduğunu ifadə edən Ərdoğan, qitənin gələcəyini Türkiyədən bu ölkələrə köç etmiş 5 milyon Türkün formalaşdıracağını vurğulayıb.

Fransanın Le Figaro qəzetində “Çavuşoğlu: Avropa İttifaqı ilə viza rejiminin ləğv edilməsi məsələsini müzakirə edəcək” başlıqlı məqalədə gedib: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Türkiyə- Aİ arasında qaçqınların geri qəbulu ilə əlaqəli imzalanan razılaşmanın Türk vətəndaşlarına tətbiq edilən viza rejiminin ləğv edilməsini də əhatə etdiyini xatırladıb, alyansın bu şərtə əməl etməsinin lazım gəldiyini qeyd edib. Türkiyədə 16 Apreldə konstitusiyaya dəyişiklik ilə əlaqəli baş tutacaq referandumdan sonra Aİ ilə əlaqələrin yenidən müzakirə ediləcəyini ifadə edən Çavuşoğlu, Avropa İttifaqına tam hüquqlu üzvlük müzakirələrinin Türkiyənin strateji prioriteti olacağına diqqət çəkib. “Aİ-dan gözlədiyimiz, ortaq evimiz olan Avropada bir-birimizə yaxşı yanaşaraq gözəl bir gələcək üçün əməkdaşlıq etməyidir. Dövr, demokratiyalar arası həmrəylik dövrüdür” deyib.

Financial Times qəzeti: “İnvestor, bazar gün keçiriləcək referanduma fokuslanıb. Keçən il regional və qlobal çətinliklərə baxmayaraq Türkiyənin iqtisadi böyüməsi gözləniləndən daha yüksəl oldu. Bu da beynəlxalq və yerli investorların Türkiyəyə maraqlarının daha da artmasında güçlü təsir etdi. Şirkət rəhbərləri bazar günkü kritik referandumdan sonra iqtisadiyyat ilə əlaqəli fəallığın daha da artacağına əminlik ifadə edirlər. İnvestorlar, indiyə qədər inkişaf etməkdə olan iqtisadiyyatlar arasında güçlü performans sərgiləyən Türkiyənin yolunun açıq olduğu nəzərindən müdafə edirlər. Hökumət, 16 Apreldən sonra yeni iqtisadi təşviq planlarını və islahatlarını həyata keçirəcək”.

TASS Xəbər Agentliyi: “Türk Nazirlər 17 Apreldə Moskvaya gedir. Baş nazir müavini Mehmet Şimşək və İqtisadiyyat naziri Nihat Zeybekci, 17 Apreldə Rusiyanın paytaxtı Moskvaya gedəcək. Nazirlərin Moskvada keçirəcəkləri danışıqlarda iqtisadiyyat və ticarət mövzuları təhlil ediləcək. Baş nazir müavini Mehmet Şimşək Rusiyaya səfərinin ikinci günündə bir çox rus rəsmiylə bir araya gələcək. Danışıqlar zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrə fəallıq qazandırılması, məhz Türkiyədən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac edilməsi qarşısındakı maneələrin qaldırılması kimi mövzular müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr