Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

709345
Xarici Mətbuat

ABŞ xəbər agentliyi AP-nın “Türk Lider Suriyanın günahının aşkar olduğunu bildirib” başlıqlı xəbərində: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xüsusi bir televiziya kanalına verdiyi müsahibədə Suriya hökumətinin ötən həftə Xan Şeyhunda həyata keçirdiyi hücumda kimyəvi silah istifadə etdiyinin dəlillərlə ortaya qoyulduğunu ifadə edərəkə, Rusiya rəhbərliyinə Əsəd hökumətinə dəstək verməməsi haqqında çağırış verib. Suriyanın kimyəvi silah istifadə etmədiyi iddiasının qəbul edilməz olduğunu, kimyəvi hücumla əlaqəli radar məlumatları və tibbi hesabatların olduğunu, hətta kimyəvi hücumun hansı təyyarələrin həyata keçirdiyinin aşkarlandığını, radar məlumatlarının NATO-nun əlində olduğunu vurğulayıb.

İRAN xəbər agentliyi IRNA: “Baş nazir Binali Yıldırım Suriyada etibarlı zonalar yaradılmasını istəyir”. Baş nazir Binali Yıldırım, ABŞ-nın vitse prezidenti Michael Pence ilə reallaşdırdığı telefon danışığında cərəyan edən son hadisələr çərçivəsində Türkiyəyə yeni köç dalğasının başlaya biləcəyi ehtimalına qarşı, Suriyada etibarlı bölgə yaradılmasını tələb edib. İdlibə kimyəvi hücumun Şayrat aviabasasından təşkil edildiyini ifadə edən Baş nazir Yıldırım, ABŞ-ın söz mövzusu hava bazasına hücumunun, insanlığa zidd olduğunu deyən Yıldırım, ABŞ-ın Suriya məsələsinə ciddi yanaşmasının lazım gəldiyini, Türkiyənin isə bu sahədə hər cür dəstəyi verməkdə hazır olduğunu vurğulayıb.

Almaniya xəbər agentliyi DPA: “Türkiyə Xarici işlər naziri, Əsəd rejiminə istiqamətli tədbirlərin davam etməsini tələb edir”. Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu, ABŞ-ın Suriyadakı bir hava bazasına istiqamətli hücumundan sonra rəsmi Vaşiqtondan bu sahədə başqa addımlar da atmasını istəyib. Çavuşoğlu, Antaliyada verdiyi açıqlamada: “ABŞ-ın hücumunu atılan doğru addım olaraq xarekterizə edirik. Ancaq bu qənaətbəxş deyil. Əgər əlavə tədbirlər həyata keçirilməsə, Suriyadakı rejimə son qoyulmasa, edilən bu hücum səthi bir müdaxilə olaraq qalar. Buna görə bütün Suriya xalqının qəbul edəbiləcəyi bir keçid hökuməti ilə Suriyada təhlükəsizlik bölgələr yaradılmalıdır.

Ria Novosti: “Türkiyə Xarici İşlər Nazirliyi, Tantada törədilən terror hücumuna görə Misir xalqına başsağlığı verib”. Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Misirin Tanta şəhərində törədilən terror aktını şiddətlə qınayırıq. Tanta şəhərindəki kilsəyə edilən və çox sayda adamın həyatını itirməsinə gətirib çıxaran xain terror hücumunu şiddətlə qınayırıq. Ölənlərin ailələrinə və bütün Misir xalqına başsağlığı veririk” deyilib.



Әlaqәli Xәbәrlәr