Mətbuat Xəbərləri

Gündəm xarici media vasitələrində

705271
Mətbuat Xəbərləri

İNGİLTƏRƏ, BBC: ƏRDOĞAN: "YENİ ƏMƏLİYYATLARIN HAZIRLIQLARINI APARIRIQ"
 
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının sona çatdırıldığı barədə məlumat verdiyi " Fərat Qalxanı" əməliyyatından sonra yeni əməliyyatlar istiqamətində hazırlıqların aparıldığına işarə etdi. Ərdoğan Trabzonda çıxış edərək: "Fərat Qalxanı" əməliyyatının birinci mərhələsini başa vurduq. İndi digər bölgələrdə də terror təşkilatlarına qarşı yeni əməliyyatlar üçün hazırlıqlar aparırıq" dedi.

RUSİYA, TASS: ƏRDOĞAN:"AVROPA TÜRKİYƏNİN Aİ-yə DAXİL ETMƏMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ EDİR"
 
 Rizedə keçirilən mitinqdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropadakı Türk vətəndaşlarının konstitusiya dəyişiklikləri ilə bağlı olan xalq səsverməsinə qoşularaq,"nasistlərin nəvələrinə qarşı durmağa" çağırdı. Ərdoğan: "Üç- beş avropalı faşistin bu ölkənin qürurunu tapdalamasına icazə vermərik. Bütün maneələrə baxmayaraq, vətəndaşlarımız aktiv bir şəkildə səs verir. Nasist nəvələrinə lazım olan cavabı verin". şəklində danışdı. Ərdoğan Türkiyənin Avropa İttifaqı üzvlüyü ilə əlaqədar olaraq: "Aİ liderləri Vatikana gedir, lakin bu vaxt orada nə işləri ola bilər? Vatikanın da Aİ ilə nə işi ola bilər? Hamısı eyni millət olub, Türkiyəni Aİ-yə qəbul etməmək üçün əllərindən gələni edirlər" ifadələrini işlətdi.

İTALİYA, AGENZİA NOVA:TÜRKİYƏ LAZERLƏ İDARƏ OLUNAN YENİ TANK ƏLEYHİNƏ RAKET SİSTEMİ YARATDI
 
  Türkiyə Silahlı Qüvvələrinin inventarına lazerlə idarə olunan raket sistemi daxil olacaq. L-UMTAS adlanan layihə tank əleyhinə raket proqramının bir hissəsidir. Layihəni Türk şirkəti "Roketsan" həyata keçirir. Mətbuatda  ilk testlərin uğurlu olduğu və sistemin  Türk ATAK helokopterləri ilə inteqrasiya ediləcəyi barədə xəbərlər var. Türkiyənin müdafiə naziri Fikri İşıq: "Yeni raketlər sayəsində Türk Hava Qüvvələrinin döyüş qabiliyyəti artmışdır"dedi. L-UMTAS 8 kilometr radiuslu zirehli vasitələri məhv etmək üçün  qurudan havaya və qurudan quruya istifadə edilə biləcək raket sistemidir. Sistem lazerlə idarə olunduğu üçün gecə vaxtı da istifadə oluna biləcək.

AZƏRBAYCAN, TREND İNFORMASİYA AGENTLİYİ: AZƏRBAYCAN, TÜRKİYƏ VƏ GÜRCÜSTANIN GÖMRÜK İDARƏLƏRİNİN RƏHBƏRLƏRİ BAKIDA BİR ARAYA GƏLƏCƏKLƏR
 
 Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı-Tiflis-Qars Dəmir Yolu Xətti Layihəsi ilə bağlı gömrük məsələlərinə dair üçtərəfli texniki görüşdə Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük idarələrinin başçılarının may ayında paytaxt Bakıda bir araya gələcəklərini söylədi. Şahin Bağırov görüşdə dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra gömrük idarələrinin fəaliyyət istiqamətlərinin müəyyən olunacağını qeyd edərək: " Bakı-Tiflis-Qars Dəmir Yolu Xətti Layihəsi ilə bağlı işlərin böyük bir qismi tamamlanıb. May ayında Bakıda gömrük idarələri başçıları bir araya gələcək və müvafiq saziş imzalanacaq" deyə danışdı.

 



Әlaqәli Xәbәrlәr