Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

699891
Xarici mətbuat

İran xəbər agentliyi İRNA-nın “ƏRDOĞAN: Türkiyənin Aİ-na üzvlüyünü referanduma çıxara bilərik” başlıqlı xəbərində: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqına üzvlük müzakirələrinin davam edib etməməsi mövzusunu referanduma çıxara biləcəklərini bildirib. Prezident Ərdoğan Antaliyada Türkiyə-İngiltərə ‘Tatlı dil forumu’nun yekun iclasında etdiyi çıxışında, 16 Apreldə ediləcək konstitusiyaya dəyişiklik ilə əlaqəli baş tutacaq referanduma toxunub. Həmin referandumdan sonra Avropa İttifaqına tam hüquqlu üzvlük müzakirələrinin davamı ilə əlaqəli bəzi addımların atılacağını, bu çərçivədə prosesin davam edib etməməsi mövzusunun referanduma çıxarıla biləcəyini, xalqın qərarı istiqamətində hərəkət ediləcəyini qeyd edib. Türkiyənin Aİ-na tam hüquqlu üzvlüyü 54 ildən bəri gözlədiyini ifadə edən prezident, daha bunun belə davam etməsini qəbul etmiyəcəklərini sözlərinə əlavə edib.

Fransa xəbər agentliyi AFP-nin “İsveçrədə ƏRDOĞAN Əleyhdarı mitinqə rəsmi Ankaranın kəskin reaksiyası” başlıqlı xəbərində: Türkiyə, Şənbə günü, Berndə, terrorist qrupların nümayişi əsnasında prezident Ərdoğana istiqamətli bir afişanın açılması səbəbiylə İsveçrəyə kəskin reaksiya verib. Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli verilən açıqlamada, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun bu çirkin hadisə ilə əlaqəli İsveçrəli həmkarı Didier Burkhalterə çağırış edərək Türkiyənin reaksiyasını bildirib. Belə bir nümayişin təşkil edilməsinə icazə verilməsini qınayıb. Hadisə ilə əlaqəli lazımlı addımların atılmasını və cinayətkarların tutulmasını tələb edib. Həmin çərçivədə İsveçrənin Ankaradakı müvəqqəti işlər vəkili də nazirliyə çağrılıb.

Almaniya media orqanı Deutsche Welle: “Almaniyada, Türkiyədə kanstitusiyaya dəyişiklik edilməsi ilə əlaqəli 16 Apreldə keçiriləcək referandum çərçivəsində səs vermə əməliyyatı başlayır”. Almaniyada yaşayan Türk vətəndaşı seçicilər bu gündən 9 Aprelə dək Berlin, Stuttgart, Frankfurt, Düsseldorf, Köln, Dortmund, Münhen, Münster, Hannover, Karslruhe, Hamburg, Nürnberq və Mainz şəhərlərindəki seçki məntəqələrinə gedərək səs verə biləcəklər.

İngiltərə xəbər agentliyi Reuters: "Rəqqa Əməliyyatı sürətlə davam edərkən, ABŞ dövlət katibi Tillersonın Türkiyəyə səfəri nəzərdə tutulub”.

ABŞ xarici işlər naziri Rex Tillerson, bu həftə Türkiyəyə reallaşdıracağı səfəri çərçivəsində paytaxt Ankarada Türk rəsmilərlə bir araya gələcək. ABŞ rəsmilərə görə, dövlət katibinin Ankaraya səfəri zamanı baş tutacaq danışıqlarda, Suriyanın Rəqqa şəhərini DEAŞ-dan təmizləmək üçün davam edən ABŞ dəstəkli hərbi əməliyyat müzakirə ediləcək. Xatırladaq ki, Türkiyə, 30 ildir mübarizə etdiyi separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması olan YPG ilə hərbi ittifaqa son qoyması mövzusunda ABŞ-a təzyiq edir.



Әlaqәli Xәbәrlәr