Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

698316
Xarici Mətbuat

Almaniyanın mətbuat orqanı Deutsche Welle Türkçənin, “Prezident Ərdoğan: Aİ, 16 apreldə baş tutacaq referandumdan sonra böyük  sürprizlərlə qarşılaşacaq”, bağlıqlı xəbərində: Prezident Rəcəb Tayyib Ərdoğan, xüsusi bir telekanala verdiyi müsahibədə, Avropa İttifaqından sərt tənqid edərək: “Avropa ilə iqtisadi əlaqələrimiz davam edə bilər. Ancaq siyasi əlaqələrimizin yoxlanmasına zərurət var. Aİ Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının qonşuluq əlaqələri üzrə üzvü Johannes Hahnın mənimlə əlaqəli sözləri qəbul edilməzdir. Tusk səmimi dostumdur. Baxmayaraq əleyhimə açıqlamalar verir. Johannes Hahn da eləcə. Onlar bizə dərs vermək əvəzinə özlərinə baxsınlar. Əks təqdirdə Onların bu rəftarına biganə qala bilmərik. Bunu idrak edib və Türkiyə ilə əxlaqla uygunlaşmayan rəftardan imtina etməlidilər” deyə Ərdoğan vurğulayıb.

Azərbaycan, xəbər agentliyi Trend news: “Xarici işlər naziri Çavuşoğlu: Biz vətəndaşlarımızı harada olursa olsunlar yalnız qoymarıq”. İsveçrəyə səfəri çərçivəsində ölkədəki Türk qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşən Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Avropada son dövrdə yaşanan prosesin Türk vətəndaşlarını incitdiyini ifadə edərək: “Bir reallıq var. Biz Türkiyə Respublikası olaraq İsveçrə və ya harada olursa olsun vətəndaşlarımızı yalnız buraxmırıq. Bundan sonrakı prosesdə də buraxmayacağıq. Türkiyəyə qarşı mənfi rəftar sərgiləyən Avropa İttifaqına üzv bəzi ölkələrdə cərəyan edən proseslər yalnız Türkiyədə yox, Avropada da narahatlıqlara gətirib çıxarır”.

Amerikanın səsi Radiosu VOA, “Aİ hələlik qadağan qərarına dəstək vermir” başlıqlı xəbərdə: ABŞ-ın, bəzi ölkələrdən ediləcək reyslərdə, sərnişinlərin mobil telefondan böyük olan elektron cihazlarını üzərlərində daşımalarına  icazə   verilməməsinə  dair qərar qəbul etməsi və ardından Böyük Britaniyanın da bənzər tətbiqə başlaması, Avropa İttifaqının da belə bir qərar qəbul edib etmiyəcəyi sualını doğurur. Alyansa üzv ölkələrin hələ ki, belə bir addım atmaq kimi planları yoxdur. Ancaq məsələ qarşıdakı həftə ediləcək texniki xüsusiyyətli yığıncaqda müzakirə ediləcək.

Rusiya, xəbər portalı xəbər Rusun “2017-ci ildə Türkiyəni 3,5 milyon Rus turist tətil üçün seçə bilər” başlığı ilə çatdırdığı xəbərdə: Rusiyada fəaliyyət göstərən tur operatoru Intouristin baş direktoru Viktor Topolkarayev görə, Rusiyadan Türkiyəyə erkən rezervasiyalar artmaqda davam edir. Bu da 2017-ci ildə 3-3,5 milyon Rus turistin Türkiyəni ziyarət edə biləcəyini göstərir.



Әlaqәli Xәbәrlәr