Xarici mətbuat

Gündəm xarici media vasitələrində:

697656
Xarici mətbuat

Brüssel, “Euronews”: “ Dövlət başçısı Ərdoğan: Türkiyə olaraq Avropanı demokratiyaya, insan haqlarına, azadlıqlara hörmət göstərməyə dəvət edirik”

Aprelin 16-da keçiriləcək (Prezidentlik hökumət sistemi) əsas qanuna (konstitusiya)  dəyişik edilməsi ilə əlaqəli keçiriləcək referenduma az vaxt qalmış dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Avropaya istiqamətli sərt bəyanatları Avropa İttifaqı daxilində böyük əks-səda doğurdu. Ərdoğan Cümhurbaşqanlığı İqamətgahında Anadolu Nəşriyyatçılar Dərnəyinin üzvlərinin qatıldığı toplantıda Avropaya və Qərbə müraciət edərək deyib ki, siz bu rəftarlarınızı davam etdirəcəyiniz təqdirdə sabah dünyanın heç bir yerində heç bir avropalı, qərbli əmin-amanlıq içində, dinc şəkildə küçəyə çıxa bilməz. Bu təhlükəli yolu açsanız ən ciddi zərərə özünüz düçar olarsınız. Türkiyə olaraq Avropa ölkələrini demokratiyaya, insan haqlarına, azadlıqlara hörmətlə yanaşmağa dəvət edirik. Unudulmamalıdır ki, bu dəyərlərə bizim qədər xüsusilə avropalının da ehtiyacı var.

Çin, “China Radio İnternational” (CRI): “Dövlət başçısı Ərdoğan: Türkiyə Birləşmiş Krallıqla hər zaman həmrəydir”

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Әrdoğan  Londonda törәdilәn  terror aktı ilә әlaqәdar  İngiltərənin  baş naziri  Tereza Meyә  başsağlığı verib. Ərdoğan  Türkiyənin terrorla mübarizədə hәr zaman İngiltәrә ilә hәmrәy olduğunu söylәyib.

Rusiya, beynəlxalq xəbər agentliyi “Sputnik”: “Xarici işlər naziri Çavuşoğlu ABŞ-da: Yeni rəhbərlik Türkiyənin daşıdığı əhəmiyyəti hələ yeni başa düşdü”

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da terror təşkilatı DEAŞ ilə mübarizədə qlobal koalisiyanın yığıncağından sonra Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Amerika Seçki Koordinasiya Mərkəzi tərəfindən Nyu-Cersidə keçirilən yığıncağa qatılıb. Yığıncaqda Türkiyə ilə ABŞ arasındakı əlaqələrə toxunan Çavuşoğlu bildirib ki, qarşı-qarşıya olduğumuz çətinliklərə nəzər saldıqda həm dünyada həm də bölgəmizdə bugün Türkiyə-ABŞ arasındakı güclü əlaqələrə daha çox ehtiyacımız var. Biz ABŞ-nı müttəfiq olaraq, dost ölkə kimi görürük. Yeni rəhbərliyin də keçmiş rəhbərliklə müqayisədə Türkiyənin daşıdığı əhəmiyyəti daha yaxşı başa düşdüyünü xüsusilə görürük.

ABŞ, web portal “Turkishny”:  "ABŞ-ın elektron cihaz qadağası iqtisadi qisas"

“Washington Post” qəzeti ABŞ prezidenti Donald Trampın ölkəyə 8 dəyişik şəhərdən müəyyən hava yolları ilə rellaşdırılacaq birbaşa səfərlərlə əlaqəli elektron cihaz qadağasının gerçək səbəbinin təhlükəsizlik deyil, iqtisadi qisas olduğunu  irəli sürüb. Henry Farrell və Abraham Newmanın qələmə aldığı yazıda bildirilib ki, ABŞ hava yollu şirkətləri Emirates, Etihad və Qətər hava yollarını uzun müddətdir aldıqları çoxlu miqdarda dövlət dəstəyinə görə tənqid edirdi. Bu hava yolları aylardır prezident Trampın qisas ala biləcəyindən səssiz şəkildə narahat olurdu. Bu, o qisas ola bilər. Qadağa qərarından təsirlənən şirkətlər müştəri itirə bilər.



Әlaqәli Xәbәrlәr