Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

676030
Xarici Mətbuat

Almaniyanın DPA Mətbuat Agentliyi, Türkiyə DEAŞ-a qarşı mübarizədə Almanlardan daha fəal iştirak etmək istəyir” başlığı ilə çatdırdığı xəbərində: Türkiyə, terror təşkilatı DEAŞ-a qarşı mübarizədə Suriya və İraqda Almaniyadan daha güclü hərbi qüvvə ilə iştirak etmək istəyir. Baş nazir Binali Yıldırım 19 fevralda jurnalistlərə verdiyi açıqlamada, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində kansler Angela Merkel ilə keçirdiyi görüşdə, DEAŞ-a qarşı mübarizə edəcək beynəlxalq koalisiya qüvvə tərkibində Türkiyinin üzərinə daha təsirli rol götürmək istədiyini bildirdiyini qeyd edib. Yıldırım, İran, Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriya və İraqdakı güclü hərbi öhdəliklərinin olduğuna diqqəti çəkərək, buna qarşı Avropa İttifaqı adına da güclü bir təmsilə zərurət olduğunu, Almaniyanın bu sahədə qabaqcıl olmasının lazım gəldiyini vurğulayıb.

İngiltərə, Reuters xəbər agentliyi: “Türkiyə, Rəqqa əməliyyatına dair planını ABŞ-a təqdim edib”.

Türkiyə, DEAŞ-ı Rəqqadan təmizləmək üçün nəzərdə tutan ortaq hərbi əməliyyat mövzusu ilə əlaqəli ABŞ-a iki təklif verib. Bunlardan biri, əməliyyatın terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD ilə yox, Türk əsgərlərinin dəstək verdiyi yerli Ərəb qüvvələr tərəfindən icra edilməsini nəzərdə tutur. Vaşinqtonun, terror təşkilatı PYD-yə dəstək verməsi, NATO müttəfiqi Türkiyə ilə gərginliyə səbəb olur. Buna görə də Ankara, əməliyyatda Türkiyə və Amerika xüsusi təyinat qüvvələri ilə Türkiyənin dəstəklədiyi Suriyalı müxaliflərin sərhəd rayon olan Tel Abyaddan Suriyaya daxil olmasını istəyir. İkinci planda isə, Rəqqa qəsəbəsinə Suriyanın əl Bab qəsəbəsi üzərindən daxil olunması nəzərdə tutulur. Baş nazir Binali Yıldırıma görə , Vaşinqtonun PYD-ni əməliyyata daxil etməsi iki ölkə arasındakı əlaqələrə zərbə endirər.

ABŞ, Associated Press (AP) Xəbər Agentliyi: “Kıbrıslı Türklər müzakirələrə başlamazdan əvvəl, Rumlardan tələb edirlər ki, zədələnən etibarı yenidən yaradsınlar”. Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Mustafa Akıncı, Rumların müxtilif bəhanələrlə masanı tərk etmələrinə görə dayanan müzakirələrin yenidən başlaması üçün, Rum Lider Nikos Anastasiadisin etimad atmosferinin yenidən yaranması uğrunda güçlü addımlar atmasının zərurət olduğunu, bu çərçivədə Enonis ilə əlaqəli qərarın ləğv edilməsinin təmini istiqamətində səy etməsinin lazım gəldiyini qeyd edib. Rum lider Anastasiadis isə, prezident Akıncının bu mövzuda haqlı olduğunu ifadə edərək, təzyiqi azaltmaq və zədə alan etibarı yenidən bərqa etmək uğrunda səy edir.

Rusiya, Xəbər Agentliyi Ria Novosti: "Tur operatorları, turizm üçün xeyli optimistlər". Coral Travel şirkətinin baş direktorunun müavini Səlcuq Buqay, İstanbulda baş tutan ‘World Tourism Forum Global Meeting’ çərçivəsində jurnalistlərə verdiyi açıqlamada Türkiyəni gözəl bir yay fəslinin gözlədiyini bildirib. Türkiyənin, Rus turistlərin xoşnud olmaları üçün hər cür tədbiri gördüklərini, tur operatorları və otelçilərin isə, Ruslar üçün keyfiyyətli tətil imkanı yaratdmağa çalışdıqlarını, birlikdə gözəl bir yay keçiriləcəyinə inandığını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr