Xarici Mətbuat

Türkiyənin  gündəmindəki  əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

666119
Xarici Mətbuat

Fransa Xəbər agentliyi AFP-nin “Türkiyə və Meksika sərbəst ticarət razılaşması imzalamaq istəyir” başlığı ilə çatdırdığı xəbərdə: Xarici işlər naziri Mevlüt Çavuşoğlunun ötən həftə cümə günü Meksikaya reallaşdırdığı səfər çərçivəsində baş tutan danışıqlarda, iki ölkə arasında sərbəst ticarət razılaşmasının imzalanmasına dair müzakirələrə fəallıq qazandırılması mövzusunda mütabiq qalınıb. Meksika xarici işlər naziri Luis Videgaray, jurnalistlərə verdiyi açıqlamada sərbəst ticarət razılaşmasının imzalanmasına dair lazımlı addımların atılması mövzusunda razılaşdıqlarını qeyd edərkən, Xarici işlər naziri Çavuşoğlu da Türkiyə, 2013-cü ildə yaradılan və Meksika, İndoneziya, Cənubi Koreya və Avstraliyanı bir araya gətirən, ticarət və iqtisadi iş birliyi sistəmini gücləndirməyi təklif edib. Bunun üçün əməkdaşlıq çərçivəsində lazımlı addımların atılacağını qeyd edib.

Voice of America: “Trumpın mühacirlər ilə əlaqəli qadağan qərarına Türklərin münasibəti nə oldu”. Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trumpın Müsəlmanlara istiqamətli ifadələrinə və əksəriyyəti müsəlmanlardan ibarət 7 ölkə vətəndaşlarının ölkəsinə girişini məhdudlaşdıran qərarnaməsindən tənqid edilib. Donald Trumpın Müsəlmanlara qarşı mövqeyini, Türkiyə  xalqının necə qiymətləndirdiyinə dair Amerikanın səsi televiziyası tərəfindən aparılan bir araşdırmaya görə, ‘Trumpın qərarlar qəbul edərkən sülhpərvər siyasətdən kənarlaşmaması fikri ortaya çıxıb. Araşdırmanın nəticəsinə görə Türk xalqı Federal məhkəmələrin Trumpın qərarını dayandırmasının, ehtimal olunan xaosun yaranmasının qarşısını ala biləcəyi və bu baxımdan atılan doğru addım olduğu nəzərindən müdafiə edir.

Almaniya, Deutsche Welle (DW) media agentliyinin “Türk-Alman Parlament Qrupunun Türkiyə səfəri” başlıqlı xəbərində gedib: Alman Federal Məclisi Türk-Alman Parlament Dostluq Qrupu üzvləri Türkiyəyə səfərə gedib. Heyət 4 günlük Türkiyə səfəri çərçivəsində Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin uğursuzluqla nəticələnən 15 iyul çevriliş cəhdi zamanı bombalanan Türkiyə Böyük Millət Məclisinə baş çəkəcək. Danışıqlar zamanı Almaniyadakı radikal irqçi Nasyonal Sosialist Yeraltı terror təşkilatı (NSU)-nun davam edən cinayət iddiaları, qaçqınların problemləri, İslamofobiya, Almaniyada artan xarici düşmənliyi kimi mövzular ilə əlaqəli fikir mübadiləsi ediləcək. Heyətin təmasları 9 Fevrala qədər davam edəcək.

İngiltərə, veriliş orqanı BBC-nin “Bir xarici investorun gözündən Türkiyəni cazibədar edən səbəblər” başlıqlı məqaləsində gedib: Türkiyədə 2003-dən bəri müxtəlif sahələrdə islahatlar həyata keçirilib. Dövlətin borcu üçdə iki nisbətində azalıb. Bankdarlıq gücləndirilib. Türk iqtisadiyyatı müqavimətli və dinamik hal qazanıb. Valyuta məzənnəsinin sürətlə yüksəlməsinə baxmayaraq, bankların və özəl sektorun mənfi təsirlənməməsi bu müqavimətin göstəricisidir. Büdcə balansı da gücnü qoruyur. Böyüməyi dəstəkləyən güclər aktivdir. Enerji sahəsində də xeyli fürsətə sahibdir. Almaniya kansleri Angela Merkel ilə İngiltərə Baş naziri Theresa Mayın, Türkiyəyə reallaşdırdıqları ziyarət də Avropanın Türkiyə ilə əlaqələri qorumaq cəhdində olduğunu göstərir.



Әlaqәli Xәbәrlәr