Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzularla əlaqəli əks edən xəbərlərin icmalını  diqqətinizə çatdırırıq.

661640
Xarici Mətbuat

Rusiya, Radio və Xəbər Agentliyi Sputnikin, ‘Rusiyadan Türkiyəyə erkən rezervasiyalar 2016-ci ilə müqayisədə iki dəfə artıb’ başlıqlı xəbərində: Ruslar istirahətlərini keçirmək üçün yenidən Türkiyəni seçim edirlər. Eləki Rusiyadan edilən erkən rezervasiyalar, 2016-ci ilin müvafiq dövrünə müqayisədə 100% artıb. Bu da 2017-ci ildə Türkiyəyə 3 milyona qədər Rus turisdin gələcəyini göstərir. Professional otel rəhbərlərinə görə cari ildə Avropa ölkələrindən də istirahətlərini xüsusilə Antalya və ətrafında keçirmək istəyən turistlərin sayında böyük nisbətdə artım olacaq.

Almaniyanın Deutsche Welle (DW) Media orqanının ‘Avropa İttifaqı, Türkiyə ilə dialoqun davamını istəyir’ başlığı ilə çatdırdığı xəbərdə: Avropa İttifaqının Türkiyənin tam hüquqlu üzvlük müzakirələri mövzusunda lazımlı addımları atmamaq siyasǝti  davam edir. Ancaq izlədiyi bu siyasətin Türkiyə ilə əlaqələrin sona çatmasına gətirib çıxara biləcəyi ehtimalına görə də narahatdır. Qaçqın mövzusu ilə əlaqəli Türkiyə ilə imzalanan razılaşmanın bir çox maddəsi tətbiq edilsə də, rəsmi Ankara, İttifaqın qaçqınlara yardım edilməsini nəzərdə tutan maddəyə sadiq qalmadığına və Türkiyə vətəndaşlarına viza rejimi tətbiqinə son qoyacağına dair verdiyi sözə əməl etmədiyinə görə dəfələrlə xəbərdarlıq edib. İttifaqın   bu siyasətinin, xüsusilə Fransa və Almaniyada keçirilməsi planlaşdırılan seçkilər üçün risk təşkil etdiyi məlumdur. Zira ittifaqın Türkiyə ilə müzakirələr mövzusundakı əsassız rəftarı, həm Aİ-na üzv bəzi ölkələrin və Avropa Komissiyasının həm də Türkiyənin kəskin reaksiyasına gətirib çıxardı. Bunun qarşısında  isə, Avropa Parlamenti Türkiyə ilə yenidən dialoq yaradmağın yollarını axtarmağa başladı.

Voice of America, (VOA)-nın “Merkelin Türkiyəyə reallaşdıracağı səfəri çərçivəsində müzakirə ediləcək mövzular” başlıqlı xəbərində: Almaniya kansleri Angela Merkel 2 Fevralda Ankarada səfərdə olacaq. Onun keçirəcəyi görüşlərdə qeyri-qanuni köçə qarşı mübarizə mövzusunun müzakirə ediləcəyi proqnozlaşdırılır. Ancaq son bir il ərzində iki ölkə arasındakı əlaqələrin pozulmasına gətirib çıxaran mövzuların da gündəmə salınması gözlənilir. Merkel Ankaraya səfəri çərçivəsində Baş nazir Binali Yıldırım ilə bir araya gəldikdən sonra prezident Rəcəb Tayyib ərdoğan tərəfindən qəbul ediləcək. Qonaq kansler Fətullahçi terror təşkilatı Fətonun uğursuzluqla nəticələnən 15 iyul çevriliş cəhdi gecəsi Türkiyə Böyük Millət Məclisinin bombalanan  binasını ziyarət edəcək. Danışıqlar zamanı Türkiyə və Avropa İttifaqı arasında imzalanmış immiqrant razılaşması, Suriyadakı vəziyyət və terrora qarşı mübarizə kimi mövzular da gündəmə salınacaq.

Fransanın AFP Mətbuat Agentliyi: Prezident Rəcəb Tayyib ərdoğan, Ankaranı ziyarət edən Amerikalı məşhur ulduz Lindsay Lohan və Twitter hesabından Suriyanın Hələb şəhərindəki döyüşü təsvir edən Bena əl Abidi qəbul edib. Prezidentin rəsmi saytında yerləşdirilmiş fotoşəkildə, Lindsay Lohan, Prezident administrasiyasında ərdoğanın yanında görülür. Prezident ərdoğanın xanımı əminə ərdoğan və 7 yaşlı Suriyalı qız uşağı Bena əl Abid də eyni fotoşəkildə iştirak edir.



Әlaqәli Xәbәrlәr