Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

659590
Xarici Mətbuat

Qətər, Al-Jazeera: "Ərdoğan:"Türkiyə iqtisadiyyatda bir uğur hekayəsi yazdı"
 
 Səfər etdiyi Madaqaskarda çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin, Asiya ilə Avropanı bir-birinə bağlayan mövqeyi ilə son dövrdə iqtisadiyyat sahəsində çox əhəmiyyətli irəliləyişlər əldə etdiyini, bir uğur hekayəsi yazdığını söylədi. Ərdoğan bölgəsindəki qeyri-sabitlik səbəbindən son iki ildə problem yaşansa da, Türkiyənin turizm sahəsində dünyada 6-ci sıraya yüksəldiyinə diqqət çəkdi. Ərdoğan:"Nəqliyyatdan enerjiyə, təhsildən səhiyyəyə qədər hər sahədə nəhəng layihələri həyata keçirməyə davam edirik"  dedi.

ABŞ, "Associated Press": "Ərdoğan prezitentliyi də ehtiva edən konstitusiya dəyişikliyi təklifini tez bir zamanda təsdiq edəcək"
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezidentlik sistemini də əhatə edən konstitusiya dəyişikliyi təklifinin xalq səsverməsinə zəmin hazırlayacaq. Prezident Məclisdə qəbul edilən islahat paketini tez bir zamanda təsdiq edəcəyini söylədi. Ərdoğan çərşənbə günü Madaqaskarda jurnalistlərə verdiyi açıqlamada Türkiyəyə qayıtdıqdan sonra "vaxt itirmədən qərar verəcəyini" bildirdi. Türkiyə prezidenti islahat paketini təsdiq etdikdən sonra Mərkəzi Seçki Komissiyası referendum tarixini müəyyən edəcək. Hökumət xalq səsverməsinin aprel ayının ilk yarısında keçiriləcəyini bildirir.

Yunanıstan, "Dimokratia" gündəlik qəzeti: "Türkiyəli deputatdan NATO-ya reaksiya"
 
 Türkiyənin millət vəkili Şamil Təyyar NATO-nun Türkiyənin müasir tarixində hiyləgər bir rol oynadığını, 1980-ci il  dövlət çevrilişinə görə məsuliyyət daşıdığını, iyulun 15-də dövlət çevrilişinə cəhd göstərən Fətullahçı terror təşkilatı FETÖ-nü və terror təşkilatı PKK-nı və onun Suriya qolu olan PYD-ni, hətta DEAŞ-ı dəstəklədiyini dedi. Təyyar Ankara hökumətini NATO ilə əməkdaşlığını məhdudlaşdırmağa və İncirlik Bazasından ABŞ təyyarələrini çıxarmağa dəvət edib. "NATO regionda terror təşkilatlarını dəstəkləyir" deyən Təyyar Türkiyənin NATO-ya girdikdən sonra dövlər çevrilişlərinə məruz qaldığını və ölkənin başına gələn kirli və qanlı işlərin içində hər zaman NATO-nun da olduğunu dedi.
 

Voice of America (VOA): "İngiltərə baş naziri May Türkiyəyə ilk rəsmi səfərini həyata keçirəcək"
 
 İngiltərə baş naziri Theresa May 28 yanvar tarixində rəsmi səfərlə Türkiyəyə gedəcək. Mayin baş nazir olaraq Türkiyəyə edəcəyi ilk səfərdə prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşü planlaşdırılır. İngiltərə Nazirlər Kabinetindən verilən məlumata görə, May Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla Washingtonda keçirəcəyi görüşdən sonra birbaşa Türkiyəyə uçacaq. Mayin Türkiyədə ticarət, təhlükəsizlik, terrorla mübarizə, Kibrıs (Kipr) danışıqları və Suriya kimi məsələləri müzakirə etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr