Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzular ilə əlaqəli əks edən xəbərlərin icmalı

657185
Xarici Mətbuat

ABŞ-nın Associated Press xəbər agentliyinin “Konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutan layihəsini referanduma çıxarmaq üçün maneə qalmadı” başlıqlı xəbərində: Konstitusiyaya dəyişiklik edilməsinə dair təklif Türkiyə Böyük Millət Məclisində qəbul edildikdən sonra, referanduma  çıxarılması  prosesi başladı. Prezident Rəcəb Tayyib Ərdoğan dəyişikliyin xalq  tərəfindən   qəbulunun təmini üçün  kampaniyaya başladı. Məclisin qəbul etdiyi qərara dəstək verən Ərdoğan, səlahiyyətləri artırılacaq dövlət başçılığı rejimi ilə Türkiyənin daha da güclənəcəyini, dəyişikliklə əlaqəli nəhai qərarın isə xalqın qəbul edəcəyini qeyd edib. Məclisin qəbul etdiyi 18 maddəyə dəyişiklik qərarı Apreldə referanduma çıxarılacaq. Layihəyə görə, prezident, nazirləri və yüksək səviyyəli rəsmiləri təyin, məclisi ləğv və fövqəladə vəziyyət elan etmək, qanun hökmündə sərəncamlar imzalamaq və ölkənin ən yüksək məhkəmə orqanındakı üzvlərin yarısını təyin etmək səlahiyyətinə qovuşur.

Rus İtar Tass Xəbər Agentliyi: “Ərdoğan, Trump ilə Yaxın Şərq mövzusunu danışmaq üçün hazırlaşır”. Prezident Tayyib Ərdoğan, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ilə Yaxın Şərq məsələlərini müzakirə etməyi planlaşdırdığını qeyd edib. Ərdoğan mövzu ilə bağlı açıqlamasında: “Hörmətli Trump müxtəlif şərhlər edir, biz də bu şərhləri etina ilə izləyirik. Yaxın Şərq hazırda qaynar qazandır. Bu səbəbdən Trumpın məsələ ilə əlaqəli bəzi sözləri bizi narahat edir. Biz, Orta şərqin ərazi bütövlüyünün qorunması fikrindən müdafiə edirik. Bu ətraflı müzakirə ediləsi mövzudur. Bunu, Trump ilə keçirəcəyim danışıqlarda  gündəmə daxil edib və ətraflı müzakirə edəcəyəm. Türkiyə, Yaxın Şərqdədə ən güçlü ölkə mövqeyindədir. Bölgəyə biganə olanların qəbul edəcəkəkləri səhv qərarlar bölgə baxımından faydalı olmaz” deyə vurğulayıb.

 Əl-Cəzirə telekanalı,“Baş nazir müavini Mehmet Şimşək ilə müsahibə” başlıqlı xəbərində: “Baş nazir müavini Mehmet Şimşək, terror təşkilatı PKK və bunun Suriyadakı qruplaşması YPG-yə dəstəyi və uğursuzluqla nəticələnən 15 iyulda çevriliş cəhdinin məsulu Fətullahçi terror təşkilatı fəto-nun quldurbaşı Gülənin Pensilvaniyada ikamətinə biganə qalması, Türkiyə və ABŞ arasında soyuq kükəkələrin əsməsinə gətirib çıxardı. Ancaq prezident Donald Trumpın rəhbərliyinin Türkiyənin fikirlərinə  məntiqlə yanaşmasını və bu iki mövzu ilə əlaqəli Ankaraya dəstək verməsini gözləyirik. Türkiyə, terror təşkilatları DEAŞ, PKK və YPG-yə qarşı mübarizəni ən əhəmiyyətli mövzu kimi qəbul edir”.

İngiltərə Xəbər agentliyi Reuters: “DHKP-C mənsubu terrorist tutuldu”. İstanbul polis idarəsi ilə Ədalət və İnkişaf Partiyası binasına silahlı hücum təşkil edən terrorist, Kırklareli şəhərində tutuldu. DHKP-C üzvü olduğu müəyyən edilən quldurun üzərində bir silah və bir ədəd də əl qumbarası olduğu bildirilib. Cümə günü həyata keçirilən hücumlarla əlaqəli şənbə günü tutulan digər beş şübhəlinin sorğusu davam edir. AKP-nin İstanbul Sütlücədəki binasına təşkil edilən silahlı hücum nəticəsində insan tələfatı və yaralanan olmamışdı. Binada fəsad yaranmışdı.



Әlaqәli Xәbәrlәr