Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzulara dair əks edən xəbərlərin icmalı

655652
Xarici Mətbuat

ƏL Cəzirə media və veriliş orqanının internet saytınde, “ABŞ ilə əlaqələrin normallaşması üçün üç addım” başlığı ilə çatdırılan xəbərdə: Baş nazir Binali Yıldırım, Türkiyə Böyük Millət Məclisində jurnalistləri qəbulu zamanı verdiyi açıqlamada, Amerikanın yeni rəhbərliyinin Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün üç konkret addım atmasının lazım gəldiyini qeyd edib. Baş Nazir Yıldırım atılası addımları belə sadalayıb: Birincisi, iki ölkə arasındakı əlaqələrə zərbə endirən Fətullahçi Terror Təşkilatı Fəto-nun quldur başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi, İkincisi, terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması PYD-YPG ilə əməkdaşlığa və onlara silah yardımına son qoyulması, üçüncüsü isə Türk xalqını, 15 İyul çevriliş cəhdindən sonra ABŞ ilə əlaqəli artan mənfi fikirlərdən xilas edəcək konkret addımların atılması.

Azərbaycan xəbər agentliyi Trend, Ədliyə naziri Bəkir Bozdağın ‘Obama dövründə Fətullah Gülən ekstradisiya edilmədi’ sözünə diqqət çəkib.

Agentliyin xəbərində: “Ədliyə naziri Bəkir Bozdağ, terror təşkilatı fəto-ya qarşı mübarizənin davam etdiyini ifadə edərək, ABŞ-da yeni rəhbərlik dövrünün Amerika xalqı  və  dünya dövlətləri üçün  xeyirli olmasını diləyib. Obama dövründə fəto-nun quldurbaşçısı Gülənin Türkiyəyə ekstradisiya edilməsi üçün xeyli güçlü dəlillər göndərildiyini lakin yenə də nəticə hasil olmadığını deyən Bozdağ, bununla bağlı yeni prezident Trump dövründə daha güçlü addımlar atılacağına inandığını vurğulayıb.

ABŞ-nın TURKISH NY internet saytında, “Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Prezident Trumpın partiya liderinin şərəfinə verdiyi ziyafətə qatılıb”, başlığı ilə əks edən xəbərdə: Trump prezident vəzifəsini bu gün təşkil ediləcək mərasimlə təhvil alacaq. Mərasimdə Türkiyəni təmsil etmək üçün səfərdə olan Xarici işlər naziri Mevlüt Çavuşoğlu, ABŞ-nın yeni prezidenti Donald Trumpın dünən Respublikaçı Partiya liderlərinin şərəfinə verdiyi günorta yeməyinə qatılıb. Vaşinqtondakı Trump Oteldə verilən ziyafətin dəvətli qonağı olan nazir Çavuşoğlu, Trump tədbirdə etdiyi çıxışını dinləyib.

Rus xəbər agentliyi İtar Tass: “Türk səlahiyyətlilər Karlovun qətl edildiyi sui-qəsd ilə əlaqəli istintaq çərçivəsində heç bir detalı gözdən yayındırmır. Türkiyə Baş nazirinin müavini Mehmət Şimşək, İsveçrənin Davos qəsəbəsində təşkil edilən Dünya İqtisadi Forumunda etdiyi çıxışında, Türkiyənin, 19 dekabrda Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürüldüyü hadisə ilə əlaqəli istintaq çərçivəsində heç bir detalı gözdən yayındırmayacağını vurğulayıb. Şimşəkin sözlərinə görə Rusiya ilə ortaq başladılan istintaq davam edir. Baş nazir müavini cinayəti aydınlaşdırmaq üçün hər daşın altının yoxlanacağını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr