Xarici mətbuat, 19 yanvar,2017-ci il

Gündəm xarici media vasitələrində:

655048
Xarici mətbuat, 19 yanvar,2017-ci il

Almaniya, “DPA”: Rusiya ilə Türkiyə Suriyada ilk dəfə ortaq əməliyyat həyata keçirdi

“DPA” bildirib ki, Moskvada yayılan xəbərlərə əsasən, Rusiya ilə Türkiyə Suriyadakı ilk birgə əməliyyatlarını yanvarın 18-də həyata keçirdilər. Moskvadakı Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada qeyd edilib ki, Əl Babdakı əməliyyatda 9 Rus və 8 Türk qırıcı təyyarəsi qatılıb. Rusiya Baş Qərargah Rəisliyindən Sergey Rudskoy Əl Babdakı əməliyyatda 36 hədəfin vurulduğunu söyləyib. Rudskoyun açıqlamalarına görə əməliyyat terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilib.

ABŞ,”AP”: Türkiyə baş nazirinin müavini Veysi Kaynak:”Suriya sərhədinə tikilən divarın başa çatmağına az qalıb”

Baş nazirin müavini Veysi Kaynak yanvarın 18-də açıqlama verərək bildirib ki, Suriyadan Türkiyəyə gizlin şəkildə girənlərin qarşısını almağı məqsəd götürən sərhəd divarının üçdə iki hissəsi tamamlanıb. Səlahiyyətlilər divarın aşağısından bir neçə tunəl qazma işinə də mane olunduğunu ifadə ediblər. Layihə bir neçə ay ərzində başa çatdırılacaq. Türkiyə keçmişdə 900 km-lik Suriya sərhədinə nəzarət etmək üçün əlindən gələndən daha artığını yerinə yetirmir deyə tənqid edilirdi. 2014-cü ildə divarın tikinti işlərinə başlandı və həmin zamanda avqust ayında da strateji əhəmiyyətə malik sərhəd olan bölgəsindən DEAŞ terrorçularını təmizləmək məqsədi ilə hərbi əməliyyatı həyata keçirdi.

İngiltərə, “The Times”: İstanbulda gecə klubuna hücum edən caninin insansız hava vasitələri varmış

Orda bildirilib ki, İstanbul valisi Vasip Şahinin açıqlamasına görə təhlükəsizlik qüvvələrinin yaxaladığı 39 nəfəri qətlə yetirən terrorçu bu qətliamı həyata keçirdiyini etiraf etdi. Özbəkistan vətəndaşı 34 yaşındakı cani yanvarın 16-da həyata keçirilən əməliyyatda yatdığı yerdə gizlənərkən yaxalandı. Onun 197 min  nağd dolları, insansız hava vasitələri və silahları olduğu ortaya çıxdı. Buna görə də daha çox hücum həyata keçirməyi planlaşdırdığı aydın oldu.

Rusiya, “Ria Novosti”: Rusiya Dövlət Duması Komitəsi “Türk axını” lahiyəsinin təstiqlənməsini dəstəkləyib

Bildirildiyinə görə, Dumanın Enerji Komitəsi Rusiya Parlamentinin aşağı palatasına Türkiyə ilə olan “Türk axını”  layihəsilə ilə əlaqəli sazişi təsdiqləməsini təklif etdi. Komitənin hesabatında “Sazişin əsas maddələri; təbii qaz kəməri sisteminin layihə kimi hazırlanması, tikilməsi və işlədilməsi məqsədilə vergi və gömrük rejimləri daxil şəffaf və sabit şəkildə nizamlı çərçivənin təşkil edilməsi haqqındadır. Həmin boru kəməri xətti Rusiya qazının Türkiyə Cümhuriyyətinə daşınması, həmçinin qazın Türkiyə üzərindən qonşu ölkələrə çatdırılması üçün tikilir. Rusiya Duması Enerji Komitəsi Dumaya “Türk axını” layihəsilə ilə əlaqəli sazişi təsdiqləməsini təklif etdi.



Әlaqәli Xәbәrlәr