Xarici mətbuat

Xarici mətbuat və vəriliş orqanlarında Türkiyənin gündəmindəki əsas mövzulara dair xəbərlər

649705
Xarici mətbuat

Rusiya, “Ria Novosti”: Rusiya və Türkiyə Astana müzakirələrinin texniki detallarını görüşür

Rus və Türk rəsmilər yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan suriyalı tərəflər arasındakı müzakirələrin detallarını müzakirə edir. Paytaxt Ankarada səfərdə olan Rus heyətin Moskvaya qayıtmaq üçün şəhərdən ayrıldığı bildirilir. Fikir mübadiləsi aparılması işi isə davam etdiriləcək. Suriya müxalifətinin siyasi və hərbi qanadından rəsmilərin də Ankara ilə Qazaxıstanda keçiriləcək görüşün gündəmini müzakirə etdikləri bildirilir. Xüsusilə müxalifətin təklif və istəkləri gündəmdədir.

İtaliya, “Agenzia Nova” qezeti yazıb ki, Türkiyədəki minlərlə qaçqın Aİ tərəfindən maliyyələşdirilən Təcili Sosial Təminat Şəbəkəsi sayəsində  ərzaq, dərman və qış üçün paltarların təmin edilməsi şəklində əsas ehtiyacların ödənilməsi məqsədi ilə nağ vəsait alır. Dünya Ərzaq Proqramı (WFP) tərəfindən verilən açıqlamada birinci qrupdakı müdafiəsiz ailələrə bank kartları verildiyi və bu kartlara ailənin hər bir fərdi üçün 100 lirə köçürüldüyü (təqribən 28 avro) bildirilib. Cari ilin ilk yarısında bir milyona yaxın qaçqına yardım etməyi hədəf götürən Proqram Avropa Komissiyası, WFP, Türkiyənin Qızıl Aypara Cəmiyyəti və Türkiyə hökuməti arasındakı şərikliyin nəticəsində yaranıb.  

Almaniya, “DPA”: Kıbrıs yenidən birləşməyə ümid edir…

Kıbrısda iki icmanın nümayəndələri ilə zamin ölkələr-Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi, Aralıq dənizi adasının yenidən birləşməsinin müzakirə edildiyi beynəlxalq konfrans 43 ildən sonra ilk dəfə İsveçrənin Cenevrə şəhərində keçirilir. İrəliləyiş qeyd olunacağı təqdirdə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Yunanıstan baş naziri Aleksis Çipras və İngiltərənin yeni baş naziri Therasa May da Cenevrəyə gədəcək. Kıbrıs 1974-cü ildən bəridir bölünmüş statusdadır.

İsrail, “Haaretz”; əlaqələrdə yaxınlaşma sürətlənərkən təcrübəli israilli bir diplomat Türkiyəyə səfər edəcək

İsrailin Xarici İşlər Nazirliyi rəsmisi Yuval Rotemin iki ölkə arasındakı dialoqa sürət qazandırmaq məqsədi ilə iki həftə ərzində Ankaraya səfər edəcəyi gözlənilir. 8 Trük vətəndaşı və bir Türk-Amerika vətəndaşının öldürüldüyü 2010-cu ilin may ayındakı “Mavi Mərmərə” gəmisinə istiqamətli basqından bəridir İsrail və Trükiyə xarici işlər nazirlikləri arasında ilk dəfə belə bir dialoq baş tutacaq. Keçiriləcək görüşdə Suriyadakı vətəndaş müharibəsi, Rusiya iə əlaqələr, Qəzza Zolağı və İordan Çayının Qərb Sahilindəki vəziyyət kimi mövzular müzakirə ediləcək. Görüşdə həmçinin altı ildən artıqdır donmuş olan əlaqələrə fəallıq qazandırılması üçün plan hazırlanması məsələsi də diqqət mərkəzində olacaq.



Әlaqәli Xәbәrlәr