Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin  gündəmindəki  əsas mövzulara  dair xəbərlər

647284
Xarici Mətbuat

Fransa xǝbǝr agentliyi AFP-nın “Ərdoğan və May Cenevrə danışıqlarını Kıbrıs üçün ǝhǝmiyyǝtli fürsət” qǝbul edir başlıqlı xǝbǝrindǝ: Prezident Rəcəb Tayyib ərdoğan və İngiltərə Baş naziri Theresa May, Cenevrə danışıqlarının Kıbrıs məsələsinə doğru və daimi həll yolu tapılması baxımından gerçək vǝ böyük fürsət olduğu mövzusunda hǝmfikirdilǝr. İki lider arasında baş tutan telefon danışığında, Kıbrısda yaxşı gǝlǝcǝk tǝmin etmǝk və bölgədə sabitliyi zəmanət altına almaq məqsədiylə Cenevrǝ danışıqlarının böyük ǝhǝmiyyǝt kǝsb etdiyini vurğulayıb. Theresa May yaxın tarixdə Türkiyəni ziyarǝt edǝcǝyini qeyd edib”. Xǝbǝrǝ görǝ Şimali Kıbrıs Türk Respublikası (KKTC) prezidenti Mustafa Akıncı və Rum Lider Nikos Anastasiadis bu gün Cenevrədə bir araya gǝlǝcǝk. Hǝmin çǝrçivǝdǝ Cümǝ axşamı günü zǝmanǝtçi ölkǝlǝr olan Türkiyə, Yunanıstan və İngiltərənin dǝ iştirakı ilǝ keçirilmǝsi nǝzǝrdǝ tutulan yığıncaqda iki tərəfin də təhlükəsizliklə əlaqədar tǝlǝblǝri müzakirǝ edilǝcǝk.

Almaniyanın mǝtbuat orqanı DPA, “Türkiyənin geri qayıt çağırışına riayǝt etmǝyǝnlǝrin Türkiyǝ vǝtǝndaşlıqları lǝğv edilǝcǝk” başlıqlı xǝbǝrindǝ: Yeni qanun hökmündə fərman ilə ağır cinayǝtlǝrlǝ ittihamlar edilǝnlǝr üç ay ǝrzindǝ Türkiyǝyǝ qayıtmamaları halında vətəndaşlıqdan çıxarılacaqlar. Xaricə qaçan şübhəlilərin çoxu fǝto mənsubudur. Qanun hökmündǝki qǝrarnamǝyǝ görǝ, Dövlətin birlik-bǝrabǝrliyini və ölkə bütünlüyünü, Konstitusiyanı pozmaq, dövylǝt başçısına sui-qəsd və hücum, qanunvericilik orqanına vǝ hökumətə qarşı cinayət, Türkiyə Respublikası hökumətinə qarşı silahlı üsyan, Silahlı təşkilat yaradmaq, Silah tǝmin etmǝk kimi cinayǝtlǝr vǝtǝndaşlıqdan çıxarılma sǝbǝbi qǝbul edilir.

Fransa, Le Monde qǝzeti: Schulza görǝ, Türkiyə ilə Avropa İttifaqı arasında dialoq davam etmǝlidir.

 Vǝzifǝ müddǝti başa çatdığı üçün 17 Yanvarda postundan ayrılacaq olan Avropa Parlamentinin rǝhbǝri Martin Schulzun, Payızda Almaniyada keçirilmǝsi planlaşdırılan ümumi seçkilǝrdǝn sonra xarici işlər naziri Frank Valter-Steinmeieri ǝvǝz edǝcǝyi proqnozlaşdırılır. Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük müzakirǝlǝrinǝ münasibǝt bildirǝn Schulz, hǝm Avropa, hǝm dǝ Ankaradakı müxalifət partiya liderlǝrinin dialoqun davam etdirilmǝsini tǝlǝb etdiklǝrini bildirib. Bu çağırışların dialoqun davam etdirilmǝsinǝ töhvǝ vermǝsini istǝdiyini ifadǝ edǝn Schulz, “Türkiyə ilə müzakirələrin davam etmǝsinin ǝhǝmiyyǝtini avropalılara da şǝrh etmǝliyik. Müttǝfiq olaraq Türkiyəyə ehtiyacımız olduğunu unudmamalıyıq. Türkiyə NATO üzvü bir ölkədir. Suriya, İran və İraq ilə dǝ sərhədi var” deyǝ vurğulayıb.

 Associated Press xǝbǝr agentliyi, “Türk turizm sektörünun nümayǝndǝlǝri 2017-dən ümidlilidǝr” başlıqlı xǝbǝrindǝ: Türk turizm sektoru nümayəndələri, Türkiyənin əhəmiyyətli gəlir qaynaqlarından biri olan turizmin 2017-də canlanacağı nǝzǝrindǝn müdafiǝ edirlǝr. Administratorlarǝ görǝ Türkiyəyə daha əvvəl gəlmiş olan turistlər hələ dǝ gəlməyə davam edirlǝr. Türkiyəni ziyarətdən imtina etməyən əcnəbilər, dünyanın hər yerində bir problemin olduğunu, Türkiyəyə gəlməkdǝ davam edəcəklərini qeyd edirlǝr. Digər tərəfdən Dollar mǝzǝnnǝsindǝki  geyri  sabitliyi  dǝ nǝzǝrǝ alan turizmçilǝr, ölkəyə daha çox turist cǝlb etmǝk üçün kampaniyalar təşkil edirlǝr. Son günlǝrdǝ İstanbula gələn turistlərǝ görǝ dünyanın hər yerində tǝhlükǝsizlik riski var. Lakin  bunun İstanbul  kimi  möhtǝşǝm şəhəri  görmək  üçün  maneə həşkil  etmədiyini   qeyd  edirlər.  



Әlaqәli Xәbәrlәr