Xarici Mətbuat

Xarici mətbuat və veriliş orqanlarında Türkiyənin gündəmindəki  əsas  mövzulara  dair məlumatlar

643078
Xarici Mətbuat

İngiltərə xəbər agentliyi Reuters: Baş nazir müavininin məlumatına görə İstanbuldakı terror aktını törədən cinayətkarın kim olduğuna dair güçlü dəlillər əldə edilib. Baş nazir müavini və Hökumət sözçüsü Numan Kurtulmuşun 02 yanvarda verdiyi məlumata görə, Təzə ilin ilk saatlarında İstanbulda bir gecə klubuna silahlı hücum təşkil edərək 39 nəfəri öldürən cinayətkarın kimliğini müəyyənləşdirəcək güçlü dəlillər əldə edilib və çox qıssa müddətdə onun kim olduğu aydınlaşdırılacaq. Numan Kurtulmaş mövzu ilə əlaqəli mətbuat konfransında: “Onun barmaq izinə dair məlumatlara çatıldı. Növbəti prosesdə şəxsi tapma işləri sürətlə aparılacaq”. Türkiyənin Suriyaya hərbi müdaxiləsinin terror təşkilatlarını və onların arxasındakı gücləri hərəkətə keçirdiyini ifadə edən Kurtulmuş, terrorun kökünü kəsənə qədər əməliyyatların davam edəcəyini vurğulayıb.

Rusiya xəbər agentliyi Interfax, “İstanbuldada törədilən terror aktına görə saxlanan şübhəli sayı 8–ə çatıb” başlığı ilə verdiyi xəbərdə: “Polis təşkilatı tərəfindən aparılan əməliyyat nəticəsində, İstanbuldakı xain terror aktı ilə əlaqəli olaraq 8 şübhəli saxlanıb. Ancaq onların haqqında təfərrüatlı məlumat verilməyib”. Digər tərəfdən Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında DEAŞ ilə əlaqəli 150-dən çox şübhəli son bir həftə ərzində saxlanıb.

İtaliya mətbuatı Askanews: “İstanbulda törədilən terror aktına görə məsuliyyəti terror təşkilatı DEAŞ üzərinə götürüb. Cinayətkar isə hadisədən sonra qaçıb. DEAŞ, terror aktını törədən quldurun “Xilafətin əsgərlərindən biri" olduğunu açıqlayıb. Onun bomba və hücum silahı istifadə etdiyini, hücumun Türk əsgərinin Suriyada DEAŞ-a qarşı müdaxiləsinə cavab olduğunu irəli sürüb”.

Almaniya media orqanı DPA: “Türkiyə, Suriyadakı Terror təşkilatı DEAŞ-a istiqamətli aviahücumlar təşkil edir”. İstanbuldakı bir gecə klubuna təşkil edilən terror aktından sonra Türkiyə, Suriyadakı terror təşkilatı DEAŞ-a istiqamətli hava hücumlarını davam etdirdi. Anadolu Agentliyinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə Türkiyə Hava Qüvvələri Şimali Suriyada DEAŞ-a məxsus silah anbarları və sığınacaqları bombalayıblar. Həyata keçirilən əməliyyatlarda sutka ərzində DEAŞ mənsubu 22 quldur məhv edilib.



Әlaqәli Xәbәrlәr