Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

634354
Xarici Mətbuat

Rusiya, Interfax: "Rus səfirinin öldürülməsi ümumi itkidir"
 
 Türkiyənin Rusiya Federasiyası Səfirliyinin mətbuat müşaviri Orxan Gazigil "Facebook" səhifəsində Rusiyanın Ankaradakı Səfirinin sui-qəsd nəticəsində öldürülməsi münasibətilə başsağlığı verdi. Başsağlığında: "Böyük hörmət bəslədiyimiz həmkarımız Andrey Karlovun öldürülməsi qeyri-insani bir faciədir. Faciə ölkələrimiz arasında sıx əməkdaşlıq olduğu bir dövrdə meydana gəldi. Bütün qəlbimlə bu ağrını bölüşürəm. Rus xalqına dərin hüznlə başsağlığı veririəm. Bu bizim ümumi dərdimiz və itkimizdir" deyilir.

 

İngiltərə, Reuters : "Türk Ordusu daha da gücləndi"
 
 Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı dövlət çevrilişi cəhdi zamanı tanklar və döyüş təyyarələri ilə öz xalqını qətl edən satqınların Türk Ordusundan çıxarılması ilə ordu daha sadiq və  daha təsirli oldu. Türkiyə dövlət çevrilişi cəhdindən etibarən sərhədlərini terror təşkilatları DAEŞ və PKK-nın Suriya qolu olan  PYD-dən təmizləmək üçün Suriyada hərbi əməliyyata başladı və ölkənin cənub-şərqi ilə şimali İraqdakı PKK terrorçularına qarşı əməliyyatları sürətləndirdi. Rəsmilər bunun ordunun həm NATO, həm də Türkiyədəki öhdəliklərini yerinə yetirmək qabiliyyətinə malik olduğunu göstərdiyini deyir.

 

ABŞ, CNN: "Türkiyə İdlibdə qaçqın şəhərciyi inşa edir"
 
 Suriyanın Hələb şəhərində qətliamdan qaçan mülki vətəndaşlar Türkiyənin rəhbərliyi altında Hələbdən çıxarılırlar. Bir çoxuna İdlib vilayətinə getmək təklif olunur. Türk hökuməti Hələbin şərq hissəsindən təxliyyə edilənlər üçün xüsusi olaraq İdlibdə 80 min nəfərlik bir qaçqın düşərgəsi qurur.  Bölgədə Türkiyədən gələn çoxsaylı yardım tırları gözə çarpır. Həftə sonu ərzində yardım tırları İdlibə ağır inşaat avadanlıqları, daşına bilən yaşayış məntəqələri, çəpərlər daşıdılar. Bütün bunlar bu qaçqın şəhərciyinin bir an əvvəl inşa ediləcəyini göstərir. Çünki təxliyyələr  başladı və təxliyyə edilənlərin qalacaq başqa yeri yoxdur.

 

Fransa, AFP: "Hələbə yol açın kampaniyası"
 
 Beynəlxalq aləmdə ən fəal fondlardan biri olan Humanitar Yardım Fondu (İHH) yenə böyük bir kampaniya başladı. Fond Suriyanın Hələb şəhərində atəş altında qalan vətəndaşların təxliyəsinə imkan verən atəşkəs müqaviləsindən sonra mülki vətəndaşlara qarşı yardım kampaniyasının liderliyini edir. Şənbə günü Türkiyədə minlərlə insan "Hələbə Yol Açın" şüarı ilə avtomobillər və avtobuslarla sərhədə yaxın bir nöqtəyə çatdılar. İHH Hələbə daha çox nəqliyyat təmin olunması məsələsində beynəlxalq dairələrə təzyiq edir. Fondun adı 2010-cu ildə İsrailin Qəzza blokadasını yarmaq üçün göndərdiyi yardım gəmisinin İsrail ordusunun hücumuna məruz qalması hadisəsində eşidilmişdi. Türkiyə ilə İsrail arasında diplomatik böhrana səbəb olan sözügedən əməliyyatda on Türk həyatını itirmişdi. Sonra da İsrail Türkiyədən üzr istəmiş və təzminat ödəmək məcburiyyətində qalmışdı.

 

 

 

 



Әlaqәli Xәbәrlәr