Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular mətbuat vasitələrində

633262
Xarici Mətbuat

Almaniya media orqanı DPA, 17 Dekabrda Kaysəri şəhərində törədilən terror aktını, “hücumda 14 əsgər şəhid edildi. Hökumət PKK-dan şübhə edir”, başlığı ilə çatdırdığı xəbərində: “İstanbulda həyata keçirilən iki xain terror aktından sonra şənbə günü də Türkiyənin Kayseri şəhəri alçaq terrorun hədəfi oldu. Bomba ilə təchiz edilmiş avtomobil ilə törədilən xain terror aktı nəticəsində 14 əsgər həyatını itirdi, çox sayda dinç sakin yaralandı. Baş nazirin müavini Numan Kurtulmuşun Şənbə günü verdiyi açıqlamada mövcud dəlillərə görə terror aktının PKK tərəfindən törədildiyini qeyd etməsinə baxmayaraq, hələ ki hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb. Bütün ölkənin terror təşkilatı tərəfindən hədəf götürüldüyünü ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan da, xain hücumların yalnız əsgər və polislərə yox, 79 milyon əhaliyə istiqamətli olduğunu deyib”.

İngiltərənin xəbər agentliyi REUTERS: “Putin, Ərdoğana terrora qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdə hazır olduğunu bildirib. Reuters Rus xəbər agentliklərinə istinad etdiyi xəbərində bildirib ki, Rusiya Dövlət Başçısı Vladimir Putin, Şənbə günü, Türkiyənin Kayseri şəhərində bomba ilə təchiz edilmiş avtomobillə həyata keçirilən alçaq hücumdan sonra Türkiyə prezidenti Tayyib Ərdoğana göndərdiyi telqramda, ölkəsinin terrora qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdə hazır olduğunu bildirib. Xain terror aktı nəticəsində həyatını itirənlər üçün başsağlığı verib. Radikal qruplaşmalara qarşı daha kəskin mübarizə edilməsinin lazım gəldiyini vurğulayıb.

Fransa xəbər agentliyi AFP: “Suriya məsələsi müzakirə ediləcək olan İran-Rusiya-Türkiyə yığıncağı həftənin ikinci gününə təxirə salınıb. İran xarici işlər naziri şənbə günü verdiyi açıqlamada İran, Rusiya və Türkiyə Xarici İşlər Nazirlərinin Suriyadakı vəziyyəti müzakirə etmək üçün nəzərdə tutalan yığıncağın bir həftə təxirə salınaraq 20 dekabrda keçiriləcəyini bildirib. İRNA Agentliyinə görə, qərar İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında baş tutan danışıqdan sonra qəbul edilib. Ankara isə yığıncağın 27 Dekabrda təşkil ediləcəyini bildirmişdi.

İtaliya xəbər agentliyi Askanews “Türkiyədən Suriyaya hümanitar yardım karvanı” başlığı ilə çatdırdığı xəbərdə: Humanitar yardım daşıyan on yük maşını, Türkiyədən Suriyaya hərəkət edib. Türkiyədən bir qeyri-hökumət təşkilatının başçılıq etdiyi yardım karvanı Cilvegözü sərhəd qapısından suriyaya yola salınıb.



Әlaqәli Xәbәrlәr