Xarici Mətbuat

Türkiyənin gündəmindəki  əsas mövzular xarici mətbuat və  veriliş orqanlarında

631815
Xarici Mətbuat

Almaniya media orqanı Dpa: “ərdoğan: Hələbdə yaşanan faciə qarşısında bǝşǝriyyǝt utanmalıdır”. Türkiyənin  dövlǝt başçısı Rəcəb Tayyib ərdoğan, Suriya hökumətini daha bir dǝfǝ Şərqi Hələbdə qapalı qalan dinç sakinlǝrǝ hümanitar yardım çatdırılmasına maneǝ törǝtmǝkdǝ ittiham edib. ərdoğan, 15 Dekabrda Ankarada sǝfǝrdǝ olan Sloveniya prezidenti Borut Pahor ilǝ keçirdiyi görüşdǝn sonra verdiyi açıqlamada: “ Suriya rejimi vǝ onun dəstəkçiləri, Hǝlǝb şǝhǝrindǝ atəşkəsin bǝrpasına vǝ  dinç sakinlǝrin evakuasiya edilmǝsinǝ maneǝ törǝdirlǝr. 21-ci ǝsrdǝn bel tragediyanın yaşanması insanlıq adına utanc vericidir. Hǝlǝbdǝ bütün dünyanın gözü önündǝ törǝdilǝn qırğın, vəhşilik və zülmün sona çatması, problemǝ daimi hǝll yolu tapmaq üçün ǝlimizdǝn gǝlǝn sǝyi etmǝkdǝ davam edirik. Mövzunu ABŞ prezidenti Barak Obama, Almaniya Kansleri Angela Merkel və Rusiya lideri Vladimir Putin ilǝ müzakirǝ etdim”.

İngiltərə xǝbǝr agentliyi Reuters: “Türkiyǝnin baş nazirinin müavini Hǝlǝb şǝhǝrindǝn azad edilǝnlǝrin sayı 80-100 min qǝdǝr olacağını qeyd edib”.

 Baş nazir müavini Veysi Kaynakın mǝlumatına görǝ Türkiyə, Hələbdən azad edilən dinç sakinlǝr üçün Suriyada bir düşərgə qurmağı planlaşdırır. Kaynak, Türkiyənin Cilvǝgözü Sərhəd Qapısında jurnalistlǝrǝ verdiyi açıqlamada Şəhərdən evakuasiya edilǝcǝklǝrin sayının 100 min nǝfǝrǝ çatabilǝciyini, onların yerlǝşdirildiklǝri İdlibin buna cavab verǝ bilmǝyǝcǝyini, bu sǝbǝblǝ dǝ əlavə düşǝrgǝlǝrǝ zǝrurǝt olacağını qeyd edib. Digǝr tǝrǝfdǝn Türk Qırmızı aypara cǝmiyyǝti vǝ Türkiyənin fövqǝladǝ hallar idarǝsi ilǝ  yardım tǝşkilatı (İHH), İdlibdǝ 80 min nǝfǝrin qala bilǝcǝyi düşǝrgǝ qurur.

İtaliyanın xǝbǝr agentliyi ANSA, “Suriya mövzusunun müzakirǝ edilǝcǝyi Rusiya-Türkiyə-İran Zirve toplantısı Moskvada keçirilǝcǝk” başlığı ilǝ çatdırdığı xǝbǝrdǝ bildirib: Rusiya, Türkiyə və İran Xarici işlǝr nazirlǝri Suriyadakı böhranı müzakirǝ etmǝk üçün 27 Dekabrda Moskvada bir araya gǝlǝcǝklǝr. Bunu Türkiyǝnin Xarici işlǝr departamentinin başçısı Mevlüt Çavuşoğlu deyib. Xarici işlǝr naziri Çavuşoğlu Çərşənbə günü də Rus və İranlı həmkarları Sergey Lavrov və Cavad Zərif ilə  bir araya  gǝlmişdi. Çavuşoğlu görüşdǝn sonra verdiyi açıqlamada ǝn doğru hǝll yolunun siyasi olacağını, ölkǝnin bütün ǝrazilǝrindǝ atǝşkǝsin bǝrpası üçün danışıqların yenidǝn başlamasına dair sǝylǝrinin davam etdiyini vurğulamışdı.

İspaniyanın Europa Press agentliyinin, “ərdoğan Türkiyənin terror təşkilatlarına qarşı MİLLİ səfərbərlik elan etdi” başlıqlı xǝbǝrindǝ bildirilib: Türkiyə prezidenti Rəcəb Tayyib ərdoğan 14 Dekabrda terrorist təşkilatlara qarşı milli səfərbərlik elan edib. “Ölkǝnin təhlükəsizliyi uğrunda mübarizǝ edǝn təhlükəsizlik qüvvələrinǝ bütün vǝtǝndaşlarım da lazımlı dǝstǝyi vermǝlidir” deyǝn prezident ərdoğan, Terror qruplaşmalarının fǝaliyyǝtlǝrinǝ dair məlumat sahibi olanların bu mǝlumatları təhlükəsizlik qüvvǝlǝriylǝ dǝrhal paylaşmalarının faydalı olacağına inandığını qeyd edib. Terror təşkilatı PKK ilə atəşkəsin pozulduğu 20 İyul 2015 tarixindən sonra təhlükəsizlik qüvvələrinin başlatdıqları əməliyyatlarında 9 min 500 quldurun zǝrǝrsizlǝşdirildiyini, 40 min terror mǝnsubunun saxlandığını və 10 min 500-nün isǝ həbs edildiyini, avqustda başlayan Fǝrat Qalxanı əməliyyatı çərçivəsində DEAŞ terror qruplaşmasının 1800 üzvünün öldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr