Xarici mətbuat

Gündəm xarici mətbuat vasitələrində

630973
Xarici mətbuat

Gündəm xarici mətbuat vasitələrində

Almaniya, “DPA”: “Ərdoğan Hələbdəki vəziyyətlə əlaqəli olaraq Putin ilə görüşdü”

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşıdurmaların davam etdiyi Hələbdəki faciəli vəziyyəti Rus həmkarı Vladimir Putin ilə telefonda görüşdü. İki lider çərşənbə axşamı  keçirdikləri telefon danışığında üzərində razılaşma təmin edilən atəşkəsin tam mənasıyla həyata keçirilməsinin vacibliyinə toxundu. Ayrıca qısa müddət içində vətəndaşların və müxaliflərin dəhlizlər vasitəsilə təhlükəsizliklərinin təmin edilməsi barəsdə addım atılmasının lazım olduğunu vurğuladı. Ərdoğan Türkiyənin qaçqınların sığıncaq yerlə edilməsi və onlara kömək üçün lazım olan bütün tədbirləri görəcəyini ifadə etdi.

Rusiya, “RİA NOVOSTİ”: “ Rusiya Türkiyə ilə əməkdaşlığı davam etdirəcək”

Rusiya Xarici İşlər Nazirliyinin Avropa ilə iş birliyindən məsul  idarəsinin direktoru Andrey Kelin Rusiyanın Türkiyə ilə Suriya mövzusunda əməkdaşlığı davam etdiriəcəyini ifadə etdi. Rus diplomat "Türkiyənin NATO üzvü olaraq əhəmiyyətli beynəlxalq məsələlərdə NATO siyasətini izləyəcəyi dəqiqdir. Eyni zamanda Türkiyə ilə çox vaxt dostluq əlaqələrimiz olub. Türkiyə böyük hərbi gücü və böyük maraqları olan bir ölkədir. Suriya mövzusu daxil olmaq üzrə digər sahələrdə də əməkdaşlıq, qarşılıqlı davam edəcək.” deyə bildirdi.

Amerika Birləşmiş Ştatları, “AP”: "Türkiyənin yardım təşkilatı Suriyaya humanitar yardımların olduğu yük maşınlarını göndərdi”

Türkiyədə yardım təşkilatlarından biri üzvlərinə Hələb ilə həmrəylik göstərmək üzrə Suriya sərhədinə getmələri üçün çağırış etdi.. İHH Humanitar Yardım Vəqfinin mətbuat açıqlamasından sonra çərşənbə günü bir yardım karvanı İstanbuldan yola çıxdı. Təşkilatçılar hazırda 350 yük maşınının Suriyaya göndərildiyini ifadə etdilər. İHH-nin rəhbəri Bülent Yıldırım "Dünyanın hər yerində insanlar bu qırğına tamaşa edir. Cenevrə razılaşması və beynəlxalq hüquq istifadə edilmir. Bunların heç bir mənası yoxdur." dedi. Türk səlahiyyətlilər Hələbdən qaçanlar üçün Türkiyə və Şimali Suriyada hazırlıqlar görüldüyünü ifadə etdilər.”

İRAN, “İRNA”: "Terrorizm ilə mübarizədə siyasi partiyaların ortaq bəyannaməsi”

Terrorla mübarizədə əməkdaşlıq barədə dünən Ankarada bir araya gələn hakimiyyətdə ki Ədalət və İnkişaf Partiyası ilə yanaşı  Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkət Partiyası (MHP) liderləri görüşdən sonra ortaq bəyanat  yaydı. Türkiyə baş naziri Binəli Yıldırım siyasi partiya liderlərinin terrorla mübarizəni və terroru siyasətin üzərində olan bir məsələ olaraq qiymətləndirdiyini ifadə edərək dedi ki, müxalifət partiyaları terrorla mübarizə üçün lazım olan qanuni əməliyyat mövzusunda iqtidar partiyası ilə yaxın əməkdaşlıq edəcəklərini açıqladılar. CHP lideri Kamal Kılıçdaroğlu da terrorla və terrorizmlə mübarizədə siyasi partiya liderlərinin razılıq əldə etdiklərini söyldi. MHP lideri Dövlət Baxçalı da rəsmi Ankaranın terror ünsürlərilə sərt müdaxilə etmək mövqeyini dəstəklədi.



Әlaqәli Xәbәrlәr