Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

623796
Xarici Mətbuat

İngiltərə Reuters xəbər agentliyi “Prezident Ərdoğan idxalat və ixracatda yerli puldan istifadə edilməsi haqda çağırış edib” başlıqlı xəbərində: Prezident Rəcəb Tayyib Ərdoğan, valyuta məzənnəsinin artımına qarqşı mübarizə etmək üçün Türk Lirəsi (TL) və qızıl istifadə edilməsinə dair çağırışlarını davam etdirir. Ərdoğan, hökumətin TL-nin dəyərini qorumaq üçün Çin, Rusiya və İran ilə edilən ticarətdə yerli pul istifadə edilməsinə imkan təmin edən tədbirlərin görüldüyünü bildirib. Prezident Kayseri vilayətində kütlə qarşısında qarşısında etdiyi çıxışında, Türkiyənin pul vahidi TL-nin dəyər itirməsinin qarşısını almaq üçün Türk xalqından əllərindəki valyutaları Türk Lirəsinə çevirmələrini istəyib. Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (feto / PDY)-nin 15 iyulda uğursuzluqla nəticələnən çevriliş cəhdindən sonra indi də Türk iqtisadiyyatının hədəf götürüldüyünü vurğulayıb.

Rusiyanın Radio və xəbər agentliyi Sputnik: “Baş nazir Binali Yıldırımın Moskvaya edəcəyi səfər zamanı baş tutacaq görüşlərdə iki ölkə arasındakı ticarətin TL və rubl ilə reallaşmasına dair ilk addımlar atılacaq”. Baş nazir Binali Yıldırımın 6-7 derkabrda paytaxt Moskvaya reallaşdıracağı səfər ilə əlaqədar Baş nazirlikdən verilən yazılı bəyanatda bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında baş tutan danışıqda iki ölkə arasındakı ticarətdə TL və Rubl istifadə edilməsi mövzusu müzakirə edilmişdi. Həmin mövzu ilə əlaqədar konkret addımlar isə Baş nazir Binali Yıldırımın səfəri çərçivəsində atılacaq. Danışıqlar zamanı iki ölkə arasındakı iqtisadi əməkdaşlığın irəli pillələrə qaldırılmasına dair atılası addımlar, enerji, kənd təsərrüfatı, turizm, sənaye və nəqliyyat sahələrində ortaq layihələr başda olmaqla ikitərəfli əlaqələr, regional və beynəlxalq mövzular müzakirə ediləcək.

Voce of America (VOA)-nın “Kıbrıs müzakirələri yenidən başlayır” başlığı ilə çatdırdığı xəbərdə: Birləşmiş Millətlər Təşkilatı (BMT) iki həftə fasilədən sonra Kıbrısda tərəflər arasındakı sülh danışıqlarının yenidən başlayacağını bəyan edib. Məlumata görə Şimali Kıbrıs Türk Respublikası (KKTC) prezidenti Mustafa Akıncı ilə Rum İcması lideri Nicos Anastasiadis, Yanvarda Cenevrədə baş tutacaq sammitdə bir araya gələrək davam edən həll yolu ilə bağlı müzakirələri dəyərləndirəcəklər və fikir mübadiləsi edəcəklər. Zirvə toplantısı 9 Yanvarda başlayacaq.

İtaliyanın Corriere della Sera qəzetində “Avropa İttifaqı qaçqınlar ilə əlaqəli yardımdan imtina etməməlidir” başlığı ilə əks edən xəbərdə: Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi mövzu ilə bağlı açıqlamasında Avropanın immiqrant siyasətini dəyişdirməsinin lazım gəldiyini, əks təqdirdə qaçqın axınının qarşısını almaqda çətinlik çəkəcəyini bildirib. Onun sözlərinə görə Avropa İttifaqı həm həssas dövlətlər həm də Suriya, Əfqanıstan, Somali kimi qaçqınların mənşəyi olan ölkələr  və Livan, Efiopiya, Pakistan, Türkiyə kimi dünyadaki immiqrantların 90% nə ev sahibliyi edən ölkələrə lazımlı dəstəyi verərək köçün qarşısını almalıdır. Grandi həmçinin vurğulayıb ki, Avropa haqq və dəyərlər üzərində ucalmış həmrəylikdən kənarlaşarsa mənəvi şəxsiyyətinin əsas faktlarından birini itirər.



Әlaqәli Xәbәrlәr