Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

622113
Xarici Mətbuat

ALMANİYA, DPA: ƏRDOĞAN Aİ-YƏ KƏNARLAŞDIRMA MƏSƏLƏSİNƏ GÖRƏ XƏBƏRDARLIQ ETDİ....TÜRKÜYƏ TAM ÜZVLÜYƏ HAZIRDIR
 
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına Türkiyəyə qarşı diskriminativ mövqeyi ilə əlaqədar xəbərdarlıq etdi və Türkiyənin tamhüquqlu üzvlüyə hazır olduğunu vurğuladı. Ərdoğan Prezident Sarayında keçirilən muxtarlar toplantısında çıxış edərək: "650 ildən çoxdur ki, mədəniyyətimizlə Avropadayıq  və olmağa davam edəcəyik" dedi. Aİ ölkələrində yaşayan beş milyon Türk həqiqəti qarşısında Türkiyəni Avropadan kənarlaşdırmağa Avropa dövlətlərinin gücünün çatmayacağını bildirən Ərdoğan: "Biz Avropada qonaq deyil, ev sahibiyik" şəklində danışdı. Türkiyənin  Avropa İttifaqına tamhüquqlu üzv olmağa hazır  olduğunu söyləyən Ərdoğan bunun Aİ-nin Türkiyəyə qarşı mənasız kinini, ikili standartını bir kənara qoyması halında mümkün ola biləcəyini ifadə etdi.

 

İNGİLTƏRƏ, REUTERS: TÜRKİYƏ MƏNBƏLƏRİ: ƏRDOĞAN İLƏ MERKEL ARASLNDA Aİ-NİN QAÇQIN BÖHRANI İLƏ BAĞLI MƏSULİYYƏTİNƏ DAİR  TELEFON DANIŞIĞI OLDU
 
 Türkiyə prezidenti Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında Avropa İttifaqının qaçqın böhranı ilə əlaqədar olaraq Ankaraya verdiyi sözlərin yerinə yetirilməsinə dair telefon danışığı oldu. Liderlərin telefon görüşündə Kipr məsələsinə ədalətli və daimi bir həllin tapılması məsələsi də müzakirə olundu. Ərdoğan Merkeldən PKK və 15 iyiul dövlət çevrilişi cəhdində günahlandırdığı ABŞ-da yaşayan müsəlman vaizi Fətullah Gülən tərəfdarlarının maliyyə resurslarının və fəaliyyətlərinin qarşısının alınması məsələsində daha səmərəli mübarizə aparılmasını tələb etdi.

RUSİYA, RİA NOVOSTİ: TÜRKİYƏ XARİCİ İILƏR NAZİRLİYİ SURİYADA DEAŞ İLƏ MÜBARİZƏ ETMƏK ÜÇÜN VACİB ŞƏRTİN NƏ OLDUĞUNU BİLDİRDİ

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşündən sonra çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 2011-ci ildən etibarən silahlı münaqişənin davam etdiyi Suriyanın siyasi həll və torpaq bütövlüyü olmadan DEAŞ terror təşkilatı ilə mübarizənin bir nəticəsi olmayacağını bildirdi. Çavuşoğlu: "Fərat Qalxanı" əməliyyatı çərçivəsinda tərəfdaşlarımız və müttəfiqlərimizlə əməkdaşlıq edirik. Əməliyyatın məqsədi Suriyanı və bu bölgəni DEAŞ, Əl Nüsra Cəbhəsi, PKK, YPG və başqa terror qruplarından təmizləməkdir. Bütün bu təşkilatlar mübarizəmizin hədəfindədir" şəklində danışdı.

FRANSA, AFP: TÜRKİYƏ...  2010-CU İLDƏN ETİBARƏN İSRAİLİN İLK SƏFİRİ ANKARAYA GƏLDİ
 
 İsrail rəsmisi 2010-cu ildən etibarən ölkəsinin Türkiyədəki ilk səfiri Eitan Naehin cümə günü paytaxt Ankaraya gəldiyini bildirdi. Bu, illərlə davam edən böhrandan sonra iki ölkə arasındakı münasibətlərin normallaşdığını göstərir. 2010-cu İldə İsrail xüsusi qüvvələrinin Qəzza Zolağına gedən  humanitar yardım donanmasının tərkibində olan "Mavi Mərmərə" adlı Türkiyə gəmisinə hücumu münasibətlərin pozulmasına səbəb olmuşdu. Gəmidəki on Türkiyə vətəndaşı  öldürülmüşdü. "

 

 



Әlaqәli Xәbәrlәr