Xarici mətbuat, 29 debakr 2016

Gündəm xarici media vasitələrində

619957
Xarici mətbuat, 29 debakr 2016

ABŞ, “Leading Turkis American Web Portal  Turkishny”: “Ərdoğanın sərt reaksiyası Avropanı silkələdi”

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın açıqlamaları Avropada narahatlıq doğurdu. Ərdoğan sərt reaksiya göstərərək dedi ki, çox irəli getsəniz o sərhəd qapıları da açılar. Onun bu sözləri Yunanıstan və Bolqarıstanda qaçqınlarla əlaqəli yeni tədbirlərin görülməsinə səbəb oldu. Dövlət başçısı Ərdoğan Avropa Parlamentinin Türkiyə ilə müzakirələrin müvəqqəti olaraq dondurulması qərarından sonra iştirak etdiyi Qadın Demokratiya Dərnəyinin Ədalət və Qadın Konqresində “Kapıkulə sərhəd məntəqəsinə 50 min miqrant yığılanda qışqırdınız. Əgər daha irəli getsəniz bu sərhəd qapıları da açılar bunu da bilin” ifadələrini dilə gətirmişdi.

Azərbaycan, “Trend” xəbər agentliyi: “Türkiyə-Rusiya əlaqələrində həssas iki ziyarət”

Türkiyə-Rusiya əlaqələrinin normallaşmasından sonra dekabrın 2-də reallaşacaq iki ziyarət diqqət mərkəzindədir. Suriya sərhədində düşürülən Rusiyaya məxsus SU-24 qırıcı təyyarədən sonra baş verən böhranın həllindən sonra iki ölkə arasındakı əlaqələrdə yeni səhifənin açılması üçün dekabr ayında kritik səfərlər baş tutacaq. Dekabrın 1-də Rusiyanın xarici işlər nazirinin Türkiyəyə səfər edərək başda ikitərəfli əlaqələr olmaqla regional hadisələri müzakirə edəcəyi gözlənilir. Lavrovun səfərindən sonra Binali Yıldırım baş nazir kimi ilk dəfə 6-7 dekabrda Rusiyaya səfər edəcək. Səfərdə Yıldırıma işadamlarından ibarət heyət müşayiət edəcək. Heyət Moskva va Kazanda görüşlər keçirəcək.

Almaniya, “Deutsche Welle Türkcə”: “Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Müller: Türkiyəyə ödəniləcək pul vaxtında verilməlidir”

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Müller Avropa İttifaqından Türkiyəyə vəd edilən maddi yardımın yaxın zamanda verilməsini istəyib. Nazir deyib ki, Türkiyəyə sığınan suriyalı qaçqınlar üçün Avropa İttifaqının vəd etdiyi 3 milyard avronun 1 milyard dolları belə hələ də verilməyib. Avropa İttifaqı Komissiyasının bu işlərə məsul üzvü Avromopulos da Türkiyə ilə imzalanan sazişin nəyin bahasına olarla olsun davam etdirilməsinin vacibliyini vurğuladı. O Avropa İttifaqının İtaliya və Yunanıstandakı miqrantların başqa ölkələrə göndərilməsi işinə də sürət qazandırılmasını bildirdi. Avropa İttifaqı Komisiyyasının açıqlamasına əsasən, Türkiyəyə oktyabır ayının axırınadək verilən cəmi yardım miqdarı 677 milyon avrodur.

Çin Xalq Cümhuriyyəti, “CRİ” Çin radiosu: “Nusrət 2016 Dəvət Təlimi”

Türkiyənin ev sahibliyi etdiyi “Nusrət 2016 Dəvət Təlimi” davam edir. Noyabrın 25-də başlayan və dekabrın 4-də başa çatacaq təlim İzmir körfəzində keçirilir. Təlimdə Bəhreyn, Gürcüstan, Qətər, Küveyt, Cənubi Koreya, Livan və Səudiyyə Ərəbistanı başda olmaqla  16 ölkədən 20 müşahidəçi və Rumıniyadan iki qərargah zabiti iştirak edir. Hərbi təlim ilə mina hərbi planlaşdırma, icra və dəyərləndirmə mövzularında təlim imkanı yaratmağı, müxtəlif ölkələrə məxsus mina hərbi ünsürlərinin birgə işləyə bilmə qabiliyyətini güçləndirməyi məqsəd götürüb.



Әlaqәli Xәbәrlәr