Xarici Mətbuat

Türkiyǝnin gündimindǝki ǝsas mövzular xarici mǝtbuat sǝhifǝlǝrindǝ

614610
Xarici Mətbuat

Fransa xǝbǝr agentliyi AFP-nin “NATO terroristlərə sığınacaq haqqı verǝ bilmǝz” başlıqlı xǝbǝrindǝ: Prezident Rəcəb Tayyib Ərdoğan, NATO tǝrkibindǝ vǝzifǝli Fǝtullahçi terror təşkilatı fǝto mǝnsubu əsgərlərin vǝzifǝ icra etdiklǝri ölkələrə sığınma tələblǝriylǝ bağlı açıqlamasında, NATO-nun terroristlərə sığınacaq haqqı vermǝ hüququna sahib olmadığını vǝ belǝ bir tǝlǝbi qǝbul edǝbilmiyǝcǝyini, o ǝsgǝrlǝrin terror cinayǝtkarı olduqlarını qeyd edib. Nato tǝrkibindǝ vǝzifǝli Fǝtoçu Türk ǝsgǝrlǝrinin sayı haqda mǝlumat vermǝyǝn prezident Ərdoğan onların ekstradisiya edilmǝsini tǝlǝb etdiklirini xatırladıb.

Qeyd edǝk ki, NATO-nun baş katibi Jens Stoltenberg cümə günü verdiyi açıqlamada NATO tǝrkibindǝ vǝzifǝli Fǝtoçu Türk ǝsgǝrlǝrinin sığınacaq tǝlǝb etdiklǝrini bildirmişdi.

Almaniyanın media orduqı Deutsche Welle (DW)-nin mǝlumatına görǝ Prezident Ərdoğan verdiyi açıqlamada Türkiyənin özünü rahat hiss etməsinin vǝ yeganǝ alternativinin Avropa İttifaqı olmadığını qeyd edib. ‘Şanxay 5-liyindǝ Türkiyə nǝ üçün olmasın’ deyǝn prezident Ərdoğan, Türkiyənin Şanxay 5-liyinǝ qoşularaq özünü daha rahat hiss edǝcǝyini, bu istǝyini Rusiya Dövlət Başçısı Vladimir Putin və Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayevǝ bildirdiyini, cǝnab Putinin isǝ mövzunu tǝhlil edǝcǝklǝrini sǝslǝndirdiyini bildirib.

Rusiyanın media vǝ veriliş orqanı Sputnik, “Kati Piriyǝ görǝ Türkiyǝnin yeri Avropa İttifaqıdır” başlığı ilǝ verdiyi xǝbǝrdǝ : Avropa Parlamentinin Türkiyə üzrǝ arayışçısı Kati Piri, Türkiyənin indiyǝ dǝk, Avropa İttifaqına tam hüquqlu üzvlüyü qarşıda mǝqsǝd qoyduğunu, Aİ-nin isə ilk gündǝn bǝri Türkiyəyə qarşı standart siyasǝt izlǝmǝdiyini, bunun isǝ Türkiyǝnin üzvlük prosesinǝ dair inamına zǝrbǝ endirdiyini vurğulayıb vǝ Türkiyənin yerinin Avropa İttifaqı olduğuna inandığını, ǝlaqǝlǝrin sahmana salınması üçün ǝlindǝn gǝlǝn sǝyi etmǝkdǝ hazır olduğunu bildirib.

Voice of America (VOA): “Türkiyǝnin Baş naziri Binali Yıldırımın, Valyuta mǝzǝnnǝsinin artımına dair açıqlaması birjaların atǝşini söndürdü. Yıldırım, Amerikada baş tutan prezident seçkisindǝn sonra dünya iqtisadiyyatlarında geyri sabitliyin müşahidǝ olduğunu, xüsusilə valyuta mǝzǝnnǝsi ilǝ başlayan hərəkətliliyin hələ də davam etdiyini xatırladıb. Türkiyə iqtisadiyyatının möhkǝm tǝmǝllǝr üzǝrindǝ ucaldığını, buna görǝ dǝ tǝşviş duyulacaq heç nǝ olmadığını,bir çox ölkənin iqtisadi göstəricilərindən çox daha yaxşı mövqeyǝ sahib olduğunu, valyuta mǝzǝnnǝsinin artımı qarşısında iqtisadiyyatın müqavimətini güclǝndirǝcǝk islahatların sürǝtlǝ hǝyata keçirilǝcǝyini Real sektorun dəstəklənməsinə istiqamətli addımların atılmasına davam edilǝcǝyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr