Xarici Mǝtbuat

Xarici  mǝtbuat vǝ veriliş orqanlarının icması

610226
Xarici Mǝtbuat

Fransa xǝbǝr agentliyi AFP, “Ərdoğan, Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesinin referanduma çıxarıla bilǝcǝyini deyib” başlıqlı xǝbǝrindǝ, Prezident Rəcəb Tayyib Ərdoğanın mövzu ilǝ bağlı açıqlamasında Aİ-nın, rǝsmi Ankaranı üzvlük prosesindǝn imtina etdirmǝk istǝdiyini ifadǝ edǝrǝk zǝrurǝt olması halında mövzunun referanduma çıxarıla bilǝcǝyini qeyd etdiyini bildirib. Ərdoğan: “Bizim Avropa İttifaqına üzvlük prosesindǝn imtina etmǝk mǝcburiyyǝtindǝ qalmağımız üçün planlar hazırlanır. Bǝn dǝ deyirǝm ki ǝrgǝr bizi istəmirlərsə bunu konkret sǝslǝndirsinlǝr. Zira bizim dǝ sǝbrimizin hǝddi vardır. Zǝrurǝt olması halında İttifaqa üzvlük prosesindǝn geri çǝkilmǝk mövzusunu xalqımızla mǝslǝhǝt edǝrik”

İran Fars Xəbər Agentliyinin, “Trump ilǝ Türkiyǝnin Suriya siyasǝtlǝri arasında bǝnzǝrlik var” başlıqlı xǝbǝrindǝ: Prezident Rəcəb Tayyib Ərdoğan mövzu ilǝ bağlı bǝyanatında İraq və Suriya mövzusunda Danold Trumpın siyasətinin Ankaraya daha yaxın olduğunu, bunun Trumpın ǝtrafındakıların açıqlamalarından başa düşüldüyünü qeyd edib. Uçuşa qadağan bölgə məsələsinin ǝhǝmiyyǝtinǝ diqqǝt çǝkǝn Ərdoğan, Trumpın da bǝnzǝr fikirlǝrdǝn müdafiǝ etdiyini vurğulayıb. ABŞ-da Trump qǝlǝbǝ qazandıqdan sonra ölkǝnin bir çox şəhərində təşkil edilən aksiyaları da pislǝyǝn Ərdoğan, nümayişlǝrin planlı olduğunu bildirib.

Rusiya, rəsmi xəbər agentliyi Ria Novosti: Şimali Kıbrıs Türk Respublikası prezidenti Mustafa Akıncı və Kıbrıs Rum İcmasının lideri Nikos Anastasiadisin iştirakı 7 Noyabrda başlayan müzakirələr  20 Noyabra tǝxirǝ salınıb. Xarici işlər naziri Mevlüt Çavuşoğlu, mövzuyla əlaqədar bǝyanatında: “Kıbrıs müzakirǝlǝrindǝ irǝlilǝyiş var. Danışıqlar qarşıdakı hǝftǝ qaldığı yerdǝn başlayacaq. Bu son fürsət hesab edilir. Türkiyənin mǝsǝlǝnin hǝlli ilǝ bağlı siyasǝtindǝ dǝyişiklik yoxdur. Müzakirələr Şimali Kıbrıs Türk Respublikası, Türkiyə, Yunanıstan liderləri və BMT-nin nümayəndələrinin iştirakı ilǝ dǝrhal başlamalıdır.

İtaliyanın L'opinione qəzetindǝ “Buxarestdə nəhəng məscid inşasına Türkiyədən dəstək” başlıqlı mǝqalǝdǝ gedib: Rumıniyanın paytaxtı Buxarestdə böyük bir məscid inşa ediləcək. Layihəni Türkiyə də dəstəkləyir. İnşa edilmǝsi planlaşdırılan məscid, İstanbuldakı Sultanahmet Mǝscidindǝn sonra Şərqi Avropanın ən böyük məscidi olacaq. Nəhəng layihǝ, 2015-ci ildǝ Rumıniyanın keçmiş Baş naziri Viktor Ponta tərəfindən tǝsdiq edilib. İki  ölkǝ hökuməti arasında on ildǝn bǝri davam edǝn danışıqların töhvǝsi olan dörd milyon avrolıq layihǝnin, 75% Türkiyǝ tǝrǝfindǝn maliyyǝlǝşdirilǝcǝk.



Әlaqәli Xәbәrlәr