Xarici Mətbuat

Gündəm xaricimedia vasitələrində:

608699
Xarici Mətbuat

İTALİYA, ANSA: MİNLƏRLƏ İNSAN ATATÜRKÜ YAD EDİR
 
 On minlərlə insan Tükiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün ölümünün 78-ci ildönümünü qeyd etmək üçün bütün Türkiyədə küçələrə axın etdi. Hər il olduğu kimi bu il də yerli vaxtla 9.05-də bir dəqiqəlik sayğı duruşunu vurğulamaq üçün ölkədə bütün siqnallar işə salındı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və yüksək rütbəli hərbçilərin  iştirakı ilə paytaxt Ankaradakı Atatürk mavzoleyində yadetmə tədbiri həyata keçirildi. Prezident Türk xalqına müraciətində "Ulu Öndər Mustafa Kamal millətimizin və bu ölkənin ortaq dəyərlərindən biridir" deyə xatırlatdı.

YUNANISTAN, ELEFTHEROS TİPOS: TRUMPIN QƏLƏBƏSİNİ ANKARA MƏMNUNİYYƏTLƏ QARŞILADI
 
 Türkiyə liderləri Washington ilə əməkdaşlıq etmək istəyirlər və bu səbəbdən yeni prezident Donald Trumpa dostluq əli uzadırlar. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: "Amerika xalqının seçkisinin təməl hüquqlar və azadlıqlar, demokratiya və regionun gələcəyi istiqamətində müsbət addımlara səbəb olmasını arzu edirəm" açıqlamasını verdi. Türkiyənin baş naziri Binəli Yıldırım Trumpı təbrik etdikdən sonra:"Əgər (Fətullahçı Terror Təşkilatının başçısı Fətullah Gülən) Gülən Türkiyəyə ekstradisiya edilərsə, ABŞ-Türkiyə münasibətlərində yeni bir səhifə açılar" deyərək vurğuladı. Ankara Suriya kürdlərinə dost kimi yanaşan Barak Obama rəhbərliyindən narahat olduğunu gizlətməmişdi.

ALMANİYA, DPA: "STEINMEIER BƏR HƏFTƏDƏN SONRA YENİDƏN TÜRKİYƏDƏDİR
 
 Almaniyanın Xarici İşlər naziri Frank-Walter Steinmeier iyulun ortasında baş verən uğursuz dövlət çevrilişi cəhdindən sonra qarşıdakı həftə ilk dəfə Türkiyəyə səfər edəcək. Steinmeier səfəri barədə cümə günü Federal Məclisdəki iclasda bildirdi.Steinmeier çərşənbə günü danışıqlar aparmaq üçün Ankarada olacaq. Əslində Steinmeierin Ankara səfəri çox əvvəldən gözlənilirdi. Türkiyə tərəfi, alman hökumətinin dövlət çevrilişindən sonra Türkiyəyə kifayət qədər dəstək verməməsindən şikayət etmişdi. Türkiyəyə dövlət çevrilişi cəhdindən sonra keçən aylarda səfər edən ilk alman naziri İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Gerd Müller olub.

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI, AP: "ALMAN DEPUTATLAR TÜRKİYƏDƏKİ TƏYYARƏLƏRİN ORADA QALMAĞA DAVAM ETMƏSİNİ TƏSDİQLƏDİLƏR
 
 Alman deputatlar Türkiyə hökuməti ilə yaşanan gərginliklərə baxmayaraq DEAŞ təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində Türkiyədəki bir bazaya (Adana İncirlik Bazası) yerləşdirilən kəşfiyyat və yanacaqdoldurma təyyarələrinin orada qalmağa davam etməsinə dair planları təsdiqlədilər. Qərarın əleyhinə139 , lehinə 445 parlamentari səs verdi, 2 nəfər bitərəf qaldı. "

 

 

 



Әlaqәli Xәbәrlәr