Xarici Mətbuat

Türkiyǝnin gündǝmindǝki ǝsas mövzular xarici mǝtbuat vǝ veriliş orqanlarında

588736
Xarici Mətbuat

Almaniyanın Deutsche Welle Türkçe media orqanı, “Çavuşoğlundan Avropaya əməkdaşlıq sözü” başlığı ilǝ çatdırdığı xǝbǝrdǝ bildirib: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Agramuntun dəvətinǝ görǝ Strasburqa sǝfǝrǝ gedǝn Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu AŞPA-nın ümumi sesiyasında etdiyi çıxışında Avropa İttifaqı ilǝ Türkiyǝnin qaçqınlar mövzusuna dair imzaladıqları müqavilǝyǝ toxunub. İttifaq ilǝ Türkiyə arasında üç razılaşma imzaladığını xatırladan Çavuşoğlu: “Bu sazişlər bir-birləriylə əlaqəli və üçü birdən tətbiq olunmalı. Bu razılaşmalar, Köç, qaçqınların geri qǝbulu və viza rejiminin lǝğvi ilǝ ǝlaqǝlidir. Buna görǝ dǝ Avropa İttifaqı öz mǝnfǝitinǝ olan köç razılaşmasının tǝtbiqini istǝyib dǝ digǝr iki razılaşmanın hǝyata keçirilmǝsinǝ biganǝ qalarsa bu böyük haqsızlıq olar. Biz ya gǝlin bu razılaşmaların üçünü dǝ tǝsdiq edǝk ya da üçündǝn dǝ imtina edǝk deyǝ tǝklif edirik. Bu bir təhdid deyil, razılaşmalarda vurğulanan ǝsas maddǝdir. Türkiyə viza rejiminin lǝğvi ilǝ bağlı şərtlərǝ ǝmǝl edib. terrorla əlaqədar mövzunun Avropa Şurasının sǝlahiyyǝtinǝ tapşırılmasını təklif etdik və yaxın gələcəkdə Aİ ilə bir yol xəritəsi üzǝrindǝ razılaşacağımıza inanıram.

Əl- Cǝzirǝ televiziya kanalının “Şırnak vilayǝtindǝ bir şəhid” başlıqlı xǝbǝrindǝ: Şırnakda Best-Dǝrǝlǝr bölgəsində ǝrazi axtarış fəaliyyəti icra edən əsgərlərə terror təşkilatı PKK tǝrǝfindǝn hücum tǝşkil edilib. Hadisǝdǝ biri ağır olmaqla 3 əsgər yaralanıb. Vertolyotla Şırnak Dövlət Xəstəxanasına cǝlb olunan yaralı əsgərlərdən biri hǝkimlǝrin müdaxilǝsinǝ baxmayaraq şəhid olub. Xain hücumdan sonra bölgǝdǝ ǝtraflı ǝmǝliyyat başladılıb.

Ukrayna xəbər saytı: “Türkiyə ilə Ukrayna ortaq radar istehsal edəcək”. İki ölkǝ hərbi radar istehsalı mövzusunda razılaşıb. Ukrayna Dövlət Müdafiə Sənayesi müǝssisǝsi ‘UkrOboronProm’ yanında ‘Ukrinmaş’ şirkəti ilə Havelsan Hava Elektron Sənayesi birgǝ radar buraxacaq. Radarların istehsalı ‘UkrOboronProm’ təsislərində reallaşacaq. Ortaq radar istehsal müqaviləsinǝ Türkiyə adından Havelsan İdarə heyətinin sǝdr ǝvǝzi Taner Düvenci vǝ Ukrayna adından isǝ 'Ukrinmaş’ baş direktoru Sergey Slüsarenko imza atıb. Sergey Slüsarenko mövzu ilǝ bağlı açıqlamasında: “Bu gün Ukrayna ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq edilmǝsini nǝzǝrdǝ tutan ilk razılaşma imzandı. Türkiyə ilə əməkdaşlığımız yeni bazarlara, xüsusilə NATO ölkələrinǝ daxil olmağımızı tǝmin edǝcǝk.

Qırğızıstan xəbər agentliyi kabare: “Almazbek İstambayev və Ayzirek Momunova sayca 19-cu TÜRKSOY Opera Günləri konsertinə qatılıb. Türk dünyasının mǝşhur opera sənətçilərinin bir araya gəldiyi konsert, bu il Şimali Kıbrıs Türk Respublikasından sənətçi Cǝmaliyǝ Kıyıcı, Azərbaycandan Rəşid Behbudovun xatirəsinə verilib. Türk dilli ölkǝlǝrin müstəqilliklərinin 25-ci il dönümünǝ hǝsr edilǝn tədbirlər çǝrçivǝsindǝ İstanbulda verilǝn konsertdə səhnəyə çıxan sənətçilərə, İstanbul Dövlət Opera və Baleti Orkestri müşayiǝt edib. Konsertdə Türkiyədən Hüseyn Likos, Şimali Kıbrıs Türk Respublikasından Əmrǝ Özarabacı, Saxalardan Margarita Martinova və Aleksandr Emelyanov, Qırğızıstandan Almazbek İstambayev və Ayzirek Momunova, Azərbaycandan Afaq Abbasova və Azər Zeynalov, Qazaxıstandan Ayzada Kaponova, Başqırdıstandan isə Elvira Fatihova çıxış ediblǝr.

 



Әlaqәli Xәbәrlәr