Xarici mətbuat, 1 sentyabr 2016

Türkiyǝnin gündǝmindǝki ǝsas mövzular xarici mǝtbuat səhifələrində

563189
Xarici mətbuat, 1 sentyabr 2016

Kırım Haber Ajansı QHA-nın ‘Türk Silahlı Qüvvələri 32 kəndi terroristlərdən təmizlǝdi’ başlıqlı xǝbǝrindǝ, Fǝrat Qalxanı ǝmǝliyyatının 8-ci günündə 32 kəndin terroristlərdən təmizləndiyi bildirilib. Agentliyin Türk silahlı qüvvǝlǝrinǝ istinadǝn verdiyi xǝbǝrdǝ, Suriyanın şimalında 25 hədəfin 107 aviazǝrbǝ nǝticǝsindǝ dağıdıldığı, Zavqar və Külliyahda isǝ terrorçuların gizlǝndiklǝri 4 binanın yerlǝ yeksan edildiyi qeyd edilib.

Böyük Britaniyanın media orqanı Daily Telegraphın yazıçısı qǝlǝmǝ verdiyi mǝqalǝdǝ, Bǝşǝr Əsəd tǝcrid edilmǝmiş terror tǝşkilatı DEAŞ-a qarşı mübarizǝdǝ qǝlǝbǝnin geyri mümkün olduğunu vurğulayıb.

Daily Telegraph qəzetinin yazıçısı David Blair: Bǝşǝr Əsǝd, həm beynəlxalq güclǝri hǝm dǝ Suriya halkını özü ilǝ terror təşkilatları arasında bir seçim etmǝyǝ mǝcbur edir. Əgər ǝsas məqsəd Orta Şərqi terrordan xilas etmǝkdirsǝ, bunun üçün yalnız DEAŞ-ı hərbi mənada mǝğlub etmǝk qǝnaǝtbǝxş olmayacaq. Suriyada sünnilərin də daxil olacağı bir siyasi rejim yaradılmalıdır. Bu da Bǝşǝr Əsəd Dǝmeşqdǝn ayrılana dǝk   mümkün olmaz”. 

Rusiyanın beynəlxalq xəbər agentliyi Sputnik, “Türkiyə və Rusiya, Muhtǝşǝm Yüzyıl seriyalı ilǝ ǝlaqǝli layihǝ hǝyata keçirǝ bilǝr” başlığı ilǝ çatdırdığı xǝbǝrdǝ bildirib: Türkiyǝnin Mədəniyyət və Turizm naziri Nabi Avcı Antaliyada keçirilǝn Türkiyə-Rusiya Media Forumunda ekdiyi çıxışında iki ölkə arasında seriyal vǝ kino istehsalı sahǝsindǝ ǝmǝkdaşlıq edilǝcǝyini, Rusiyada reytinq rekordları qıran ‘Muhtǝşǝk Yüzyıl’ serialının çǝkildiyi Hadımköy vǝ Topkapı Sarayına turlar tǝşkil edilǝ bilǝcǝyini, iki ölkǝnin mədəniyyət-sənət sahəsində ortaq layihǝlǝrǝ imza atıla bilǝcǝyini qeyd edib. Nazirlik olaraq belǝ layihǝlǝrǝ, yǝni ortaq seriyal vǝ kino istehsalı üçün maddi, mənəvi dəstəyə hazır olduqlarını vurğulayıb.

 Cin Radiosu International CRI-nın “ Xarici işlǝr naziri Çavuşoğlu: Kıbrısda problemin hǝlli ilǝ ǝlaqǝli ǝldǝ edilǝn fürsǝt bada verilmǝmǝlidir” başlıqlı xǝbǝrindǝ bildirilib: Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu Şimali Kıbrıs Türk Respublikasına etdiyi rǝsmi sǝfǝr zamanı baş tutan danışıqlarda Kıbrıs müzakirələri nǝticǝsindǝ problemin hǝlli ilǝ bağlı ǝhǝmiyyǝtli irǝlilǝyiş olduğunu, yaranan bu fürsǝtin yaxşı qiymǝtlǝndirilmǝsinin lazım gǝldiyini vurğulayıb. Nazirliyi ilə Kıbrıs Türk cümhuriyyǝti Xarici İşlǝr Nazirliyi arasında hǝyata keçirilǝn informasiya və rəqəmsal arxivləmə layihəsinin başladılması münasibǝti ilǝ Adada sǝfǝrdǝ olduğunu ifadǝ edǝn Çavuşoğlu, Kıbıs mövzusunun hǝlli ilǝ ǝlaqǝli müzakirə prosesində həssas mǝrhǝlǝyǝ çatıldığına diqqəti çəkərək, müzakirǝlǝrin intensivlǝşdiyini, prezident Akıncının Ankara sǝfǝri vǝ İstanbulda Hörmətli Prezidentimiz Ərdoğan ilǝ  keçirdiyi  görüşdǝ mǝsǝlǝnin ǝlǝ alındığını qeyd edib.



Әlaqәli Xәbәrlәr