Xarici mətbuat, 31.08.2016

Fransa, “La Croix”,Qətər, “Əl-Cəzirə”,Almaniya, “DPA” xəbər agentliyi,Rusiya, “Ria Novosti”,

562472
Xarici mətbuat, 31.08.2016

Fransa, “La Croix”: “Türkiyənin müdaxiləsi yubanmış bir müdaxilədir”

Suriyanın şimalında ərəblərin əhali sayı baxımından sıx yaşadığı bölgələrdə terror təşkilatı PYD-nin ərazi qazanmağa cəhd göstərməsi çox təhlükəlidir. Bu cəhətdən Türkiyənin hərbi müdaxiləsi ilə PYD-nin geniş sahəyə hakim olma cəhdlərinə mane olması mənfi bir hal deyildir. PYD-nin Suriyadakı  təcavüzkarlığı və bunun davamlı olması çox təhlükəlidir. Çünki PYD Suriyanın torpaq bütövlüyünü təhlükə ilə üzləşdirərək üç kantonu birləşdirib dövlət qurmaq istəyir. Ancaq bu kantonlar ərəb əhalinin olduğu bölgələrlə ayrılır. PYD dövlət elan edə bilməsi üçün bu ərəb bölgələrinin özünün nəzarətinə keçməsini hədəf götürüb.

Qətər, “Əl-Cəzirə”: “Türkiyəyə istiqamətli bütün təhdidlər dəf edilənə qədər “Fərat  Qalxanı” adlı hərbi əməliyyat davam edəcək”

Dövlət başçısının baş müşaviri İlnur Çevik Türkiyə Silahlı Qüvvələri (TSK) ilə terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD-nin silahlı hissəsi YPG arasında atəşkəslə əlaqəli bir razılaşma olmadığını, ancaq Vaşinqtonun buna şərait hazırlamaq istədiyini  bildirib. İlnur Çevik deyib ki, TSK ilə YPG arasında atəşkəsə dair bir saziş yaxud həmrəylik əsla yoxdur. Çünki PYD-li terrorçular söz verildiyi halda Fərat çayının şərqinə çəkilməyib qərbində qalmaqda davam edir. Atəşkəsə dair sözlər ABŞ tərəfindən ara yerə gətirilən iddialardır.

Almaniya, “DPA” xəbər agentliyi: “Türkiyə viza rejiminin uzaq başı oktyabra qədər ləğv edilməsində israrlıdır”

Türkiyə bir daha Avropa İttifaqı ölkələrinə səyahətlərdə vətəndaşlarına viza tətbiq edilməməsi ilə qaçqınlara dair sazişin yerinə yetirilməsi mövzusunu gündəmə gətirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Afinada dərc olunan Kathimerini qəzetinə verdiyi açıqlamada bildirib ki, uzaq başı oktyabr ayında viza rejiminin ləğvini gözləyirik. Aks təqdirdə Türkiyə qeyri-qanuni köçün qarşısını İttifaq məsuliyyətlərini yerinə yetirmədiyi müddətdə tək başına ala bilməyəcəkdir.

Rusiya, “Ria Novosti”: “Türk axımı layihəsinin yenidən canlandırılması gündəmdədir”

Aleksey Millər başçılığındakı Qazprom heyəti çərşənbə günü (bugün) Türkiyəyə gələrək Türk axımı kəmər xətti layihəsinin yenidən canlandırılması məsələsini müzakirə edəcək. Qazpromun idarə heyətinin sədr müavini Aleksandr Medvedev jurnalistlərə verdiyi açıqlamada Miller başçılığındakı heyətin 31 avqustda Türkiyəyə səfər etməsilə bağlı deyib ki, əlaqələrimizin gündəmi ilə əlaqəli olaraq Türkiyə ziyarətimiz daha əvvəldən planlaşdırılıb.



Әlaqәli Xәbәrlәr