Xarici Mətbuat

Gündəm xarici media vasitələrində.

558081
Xarici Mətbuat

İspaniya, Euro Press; TÜRKİYƏ VƏ KOALİSİYA CERABLUSDA DEAŞ-a QARŞI ƏMƏİYYATA BAŞLADI

Türkiyə ordusu  və ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya qüvvələri bu çərşənbə günü, səhər DEAŞ-ı Suriyanıın Cerablus şəhərindən çıxarmaq məqsədilə əməliyyata başladı. Türkiyə hərbi qüvvələri  yerli vaxtla 04.00-da DEAŞ-ın Cerablusdakı mövqelərini toplardan atəşə tutdular. Türkiyənin Anadolu Xəbər Agentliyinin hərbi mənbələrə əsaslanan xəbərinə görə, bu əməliyyatın məqsədi: "sərhədi terrorçu qruplardan təmizləmək, təhlükəsizliyi artırmaq və Suriyanın bütövlüyünü dəstəkləmək" dir.

 

Rusiya, Sputniknews: Cerablus əməliyyatı başladı:TSK və koalisiya təyyarələri DEAŞ-ı vurur

Türk Silahlı Qüvvələri (TSK) Müştərək Xüsusi Təyinatlı Qüvvələr və koalisiya hərbi hava qüvvələri  Suriyanın Hələb şəhərinin Cerablus bölgəsinin DEAŞ-dan təmizlənməsi məqsədilə hərbi əməliyyata başladı. Hərbi mənbələr 81 hədəfə 294 dəfə atəş edildiyini bildirdi. Mənbələr: "Atəşlər davam edilir. Havada  hazır vəziyyətdə gözləyən iki F-16 müəyyən edilən hədəfləri anında vururlar" bildirir.Türkiyənin daxili işlər naziri Efkan Ala əməliyyat barədə:" Mötədil müxalifəti dəstəkləyirik.Türkiyə terrorla müharibə vəziyyətindədir. Bu bölgədənTürkiyəyə açıq -aşkar təhlükə var. Türkiyə bunlara seyirçi qala bilməz. Terror təşkilatlarının yanımızda yaratdığı təhdidlərə fürsət verilməyəcəkdir. Sərhədimizdəki terror təhdidi ortadan qalxana qədər əməliyyat davam edəcək.Vatandaşlarımızın təhlükəsizliyi üçün lazımi tədbirlər görüldü. 6 kənd boşaltıldı.Biz Suriyanın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıyiq".

 

Almanya Deutsche Welle (DW) Medya Qurumunun xəbər saytı:Türkiyə Cerablusun azad edilməsi əməliyyatına başladı

Türkiyə beynəlxalq koalisiya qüvvələri ilə birlikdə Suriyanın şimalındakı Cerablus şəhərində DEAŞ təşkilatına qarşı əməliyyata başladı.Hərbi mənbələr DEAŞ hədəflərinin havadan və qurudan vurulduğu barədə məlumat verdi. Çərşənbə günü (bugün) səhər saatlarında Türkiyə sərhədinə yaxın olan Cerablusdakı DEAŞ mövqelərinin hədəf alındığı bildirildi. Anadolu Agentliyinin xəbərinə görə, əməliyyat müdafiə xarakterli olub, DEAŞ təşkilatına müqavimət göstərərək Türkiyə sərhədini terror təşkilatından təmizləmək məqsədi daşıyır. DEAŞ-a qarşı mübarizəni gücləndirməyə qərar verən Türkiyənin hədəfinin ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə dəstək vermək olduğu barədə məlumat verildi.

 

Qətər Al Jazerea Türk Xəbər Saytı: Cerablusa "Fərat Qalxanı" əməliyyatı
 
 Türk Silahlı Qüvvələrinin (TSK) Müştərək Xüsusi Təyinatlı Qüvvələri və koalisiya hərbi hava qüvvələri Suriyanın Cerablus bölgəsinin DEAŞ-dan  təmizlənməsi üçün hərbi əməliyyata başladı. TSK əməliyyata "Fərat Qalxan"ı adını verdi. Əməliyyat çərçivəsin 81 hədəfə 294 dəfə atəş açıldı. Al Jazeerayə məlumat verən hərbi mənbələr: "Bu an  döyüşmək üçün Suriya tərəfinə keçən Türk əsgəri yoxdur, xüsusi təyinatlı qüvvələr Suriyaya girməyib" dedi. Anadolu Xəbər Agentliyinə görə hərbi mənbələr: "Suriyanın şimalındakı əməliyyat çərçivəsində keçid açmaq fəaliyyətlərinin davam etdiyini" bildirirlər.

 



Әlaqәli Xәbәrlәr